Çin Şimali Koreyadan raket sınaqlarına son qoyulmasını xahiş edib

People"s Republic of China Foreign Minister Wang Yi gestures as he is escorted by Zhao Jianhua, Chinese ambassador to the Philippines, upon arrival at the international airport of Pasay to attend the 50th ASEAN Foreign Ministers meeting, metro Manila, Philippines August 5, 2017 Fotonun müəllifi Reuters
Image caption Wang Yi Şimali Koreyalı həmkarı ilə "dərin və hərtərəfli" danışıqlar keçirdiyini deyib

Çinin üzv olduğu Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhkükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni sanksiyaları təsdiqlədikdən sonra, Çinin xarici işlər naziri Şimali Koreyalı həmkarından raket sınaqlarına son qoymağı xahiş edib.

Çinin xarici işlər naziri Wang Yi deyib ki, Filippində keçirilən görüşdə, o, Şimali Koreya xarici işlər naziri Ri Yong-ho-dan BMT-nin qətnaməsinə riayət etməsini xahiş edib.

Lakin o, cənab Ro-nun nə cavab verdiyini bildirməyib.

Şənbə günü yekdil qərarla qəbul olunan qətnamə Şimali Koreya ixraclarına qadağa qoyub və ölkəyə yatırımların qoyulmasını məhdudlaşdırıb.

Cənab Wang sanksiyalara ehtiyac olduğunu, lakin onların "son hədəf" olmadığını deyərək, dialoqun yaranmasını dəstəklədiyini bildirib.


Həmçinin oxuyun:


O, Şimali Koreyalı həmkarına narahat olmamağı, beynəlxalq cəmiyyəti yeni raket sınaqları ilə qəzəbləndirməməyi məsləhət gördüyünü deyib.

Cənab Wang həmçinin ABŞ və Cənubi Koreyanı gərginliyi artırmamağa cağıraraq, vəziyyətin kritik dərəcədə olduğunu, lakin həm də danışıqların mümkün olduğunu vurğulayıb.

ABŞ-ın BMT səfiri Nikki Haley bundan əvvəl deyib ki, Şimali Koreya onilliklər ərzində "hansısa ölkənin üzləşdiyi ən sərt sanskyialarla üzləşir".

İyul ayında Pxenyan iki qitələrarası ballistik raketlərini sınaqdan keçirib və ABŞ-a zərbə endirməyə qadir olduğunu iddia edib.

Lakin ekspertlər hələ ki, raketlərin hədəflərini vurmağa qadir olduğuna inanmırlar.

Sınaqlar Cənubi Koreya, Yaponiya və ABŞ tərəfindən tənqid edilərək BMT-də yeni sanskyialar üzrə addımlara səbəb olub.

Fotonun müəllifi AFP
Image caption Şimali Koreyanın raket sınağından sonra ABŞ və Cənubi Koreya birgə hərbi təlimlər keçirib.

Çin Şimali Koreyanın yeganə beynəlxalq müttəfiqidir və BMT Təhlükəsizlik Şurasının vetoya malik olan üzvüdür. Buna baxmayaraq, ABŞ səfiri xanım Haley-in "çətin" kimi təsvir etdiyi danışıqlardan sonra, Çin də yeni sanksiyaları dəstəkləyib.

Keşmişdə Çin adətən Şimali Koreyanı zərərli qətnamələrdən qoruyub.

ABŞ-ın Şimali Koreya ilə iqtisadi əlaqələrinə görə tənqid etdiyi Rusiya da sanksiyaları dəstəkləyib.

ABŞ Dövlət Katibi Rex Tillerson daxil olmaqla, Filippinin paytaxtı Manilada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində keçirilən regional forumda bir çox diplomatik liderlərin görüşləri keçirilib.

Şimali Koreyanın nüvə proqramının danışıqların əsas mövzularından biri olması gözlənilir, lakin cənab Tillerson və Şimali Koreya numayəndə heyətinin rəhbəri arasında danışıqların keçirilməsi nəzərdə tutulmayıb.

Cənubi Koreya xarici işlər naziri Kang Kyung-wha ilə görüş keçirərkən, cənab Tillerson sanksiyaların "yaxşı nəticə" olduğunu deyib.

Yeni sanksiyalar nədir?

  • Bütün kömür, dəniz məhsulları, dəmir və dəmir filizi, qurğuşun və qurğuşun filizi ixracatı qadağan edilib
  • Ölkələr Şimali Koreyalı işçiləri qəbul edə bilməzlər
  • Şimali Koreyalı şirkətlər və ya fərdi vətəndaşlarla yeni birgə müəssisələrin yaradılması qadağan edilib
  • Mövcud olan birgə müəssisələrə yeni yatırımların qoyulması qadağan edilib
  • Səhayət qadağası və mülklərin dondurulması ilə hədəflənən şəxslərin siyahısı genişləndirilib
  • Üzv ölkələr 90 gün ərzində BMT Təhlükəsizlik Şurasına sanksiyaların necə icra edildiyi barədə hesabat verməlidirlər

Bu barədə daha geniş