Trump-ın məsləhətçisi və Rusiya səfirinin "adi" söhbəti olub

Russian Ambassador to the US Sergey Kislyak (R) speaks with others and smiles after a foreign policy speech by Republican US Presidential hopeful Donald Trump at the Mayflower Hotel April 27, 2016 in Washington, DC. Fotonun müəllifi AFP
Image caption Sergey Kislyak iyul ayında ABŞ-dan Rusiyaya qayıdıb

Rusiyanın ABŞ-dakı keçmiş səfiri Sergey Kislyak ABŞ prezidentliyinin keçid dövründə ABŞ prezidenti Donald Trump-ın keçmiş təhlükəsizlik məsləhətçisi Michael Flynn-lə "ən adi" mövzular barədə söhbət etdiyini deyib.

Rusiya televiziyasına verdiyi müsahibədə Sergey Kislyak Michael Flynn-lə görüşündə "heç bir sirrin" olmadığını və ABŞ-ın Rusiyaya qarşı sanksiyaları barədə söhbət edilmədiyini deyib.

Cənab Flynn bu ilin fevral ayında cənab Trump-ın təhlükəsizlik məsləhətçisi vəzifəsindən istefa edib.

Onun istefasına rəsmi səbəb, vitse-prezident Mike Pence-ə cənab Kislyak-la keçirdiyi danışıqlar barədə yalan deməsidir.

Cənab Kislyak Washington-u iyul ayında tərk edib.

O, Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə iddia olunan müdaxiləsinə dair istintaqda əsas fiqurlardan biridir və televiziyada bu çıxışı, Rusiyaya qayıtdıqdan sonra mətbuata verdiyi ilk şərhdir.


Həmçinin oxuyun:


"Tamamilə şəffaf"

Cənab Flynn, vəzifəsinə təyin edildikdən 23 gün sonra istefa verməyə məcbur olub. Bu məcburiyyət, ABŞ mətbuatında onun cənab Kislyakla keçirdiyi görüşlərdə Rusiyaya qarşı sanksiyalar barədə danışması və vitse-prezident Mike Pence-ə bu görüşlər barədə yalan deməsindən yaranıb.

Lakin cənab Kislyak, cənab Flynn-lə söhbətlərinin "tam şəkildə düzgün, sakit və tamamilə şəffaf" olduğunu və sanksiyaların müzakirə edilmədiyini deyib.

"Ən azı bizim tərəfdən heç bir sirr olmayıb", o, qeyd edib.

O, danışıqların terrora qarşı ABŞ-Rusiya əməkdaşlığı barədə olduğunu bildirib və söhbət mövzularının "ABŞ-da bir çox adama məlum" olduğundan əmin olduğunu deyib.

Gərginliyin kəskin şəkildə artmasına baxmayaraq, cənab Kislyak ABŞ və Rusiya arasında yeni soyuq müharibə barədə danışmağın çox erkən olduğunu vurğulayıb.

"Bizim əlaqələrimizdə [ideologiya] problem deyil", o, bildirib.

"Problem amerikalıların özləri barədə tam müstəsnalıq hissinə malik olmaları və başqalarına nəyin yaxşı və nəyin pis olduğunu demək haqqına sahib olduqları düşünmələridir."

Lakin cənab Kislyak yüksək rütbəli Trump administrasiyası rəsmilərilə keçirdikləri görüşlərlə ABŞ-da Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə dair istintaqının diqqətini cəlb edib.

Fotonun müəllifi Getty Images
Image caption Michael Flynn

ABŞ-ın Baş Prokuroru Jeff Sessions, cənab Kislyakla keçirdiyi görüşləri açıqlamadığına görə, bu istintaqdan özünü uzaqlaşdırmağa məcbur qalıb.

Cənab Sessions cənab Kislyakla seçki kampaniyası barədə danışmadığını deyib, lakin Washington Post qəzeti, seçki kampaniyası məsələlərinin söhbətin mövzusu olduğunu yazır.

Bundan başqa, dekabr ayında Donald Trump-ın kürəkəni və baş məsləhətçilərindən biri, Jared Kushner, Trump Tower-də cənab Flynn-lə birlikdə, Sergey Kislyakla görüşüb.

O, bu görüşdə cənab Kislyakla Rusiya-ABŞ arasında gizli əlaqə xəttinin yaradılmasını təklif etdiyi barədə iddaları rədd edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş