İsrail Əl Cəzirənin yerli ofisini bağlamaq istəyir

The Al Jazeera Media Network logo is seen inside its headquarters in Doha, Qatar June 8, 2017 Fotonun müəllifi Reuters
Image caption Əl Cəzirə son aylar ərzində bir çox hökumətin hədəfinə çevrilib

İsrailin rabitə naziri Əl Cəzirənin yerli ofisinin bağlamaq və jurnalistlərinin Akkreditasiyalarını ləğv etmək istədiyini bildirib.

Rabitə naziri Ayoub Kara media şəbəkəsini "terroru" dəstəkləməqdə təqsirləndirib və həm ərəb həm də ingilis dilli kanallarının yayımını kəsəcəyini deyib.

Bir qədər əvvəl, İsrailin Baş naziri Binyamin Netanyahu qurumu nifrətə qızışdırmaqda etməkdə təqsirləndirmişdi.

Əl Cəzirə iddiaları rədd edib və azad media qurumu olduğunu deyir.

Qətər hökuməti tərəfindən maliyyələşən media şəbəkəsi son aylar ərzində bir çox Körfəz ölkələri tərəfindən hücuma məruz qalıb.

Səudiyyə Ərəbistanı və İordaniya hökumətləri Qətərə qarşı siyasi kampaniya çərçivəsində kanalın ölkələrindəki ofislərini bağlayıblar.

Əl Cəzirənin ərəb dilli kanalı ilk dəfə yayıma 1996-cı ildə başlayıb və hökumət və ldierlərin tənqidi ilə yaxın şərqdə media mühitinin kəskin şəkildə dəyişməsinə səbəb olub.

Bu barədə daha geniş