Venesuelanın Baş Prokuroru Luisa Ortega vəzifəsindən uzaqlaşdırılıb

Sacked Venezuelan Chief Prosecutor Luisa Ortega, 5 August 2017 Fotonun müəllifi Reuters
Image caption Luisa Ortega vəzifəsindən uzaqlaşdırlıb

Venesuelanın Baş Prokuroru Luisa Ortega deyib ki, hakimiyyət onun korrupsiya və insan haqqları pozuntuları iddialarına dair araşdırmalarını dayandırmaq üçün ölkənin yeni yaradılmış Müəssislər Məclisi tərəfindən vəzifənsindən uzaqlaşdırılıb.

O, qərarı qəbul etmədiyini bildirib.

Ali Məhkəmə Luisa Orteganın "ciddi nəlayiq hərəktlərinə" görə məhkəməyə cəlb ediləcəyini deyib.

Eyni zamanda, Venesuela müxalifətinin aparıcı liderlərindən biri, Leopolda Lopez dörd günlük həbsdən sonra ev dustaqlığına qaytarılıb.

Cənubi Amerikanın regional bloku, Mercosur Venesuelanın təşkilatdan "müvəqqəti" olaraq çıxarılması qərarını "qeyri-müəyyən" vaxtadək uzadıb.

Mercosur bildirib ki, Veneusela təşkilata yalnız Müəssislər Məclisi ləğv etdikdən və bütün siyasi məhbusları azadlığa buraxdıqdan sonra dəvət ediləcək.


Həmçinin oxuyun:


Başqa bir müxaliftə lideri, Antonio Ledezma da bu gün həbsdən ev dustaqlığına köçürülüb.

Hər iki müxalifət lideri hökumətin tərəfdarları tərəfindən idarə edilən Müəssislər Məclisinə qarşı etirazlara çağırışlar ediblər.

Şənbə günü, yeni məclisin ilk iclasında, üzvlər xanım Orteganı baş prokuror vəzifəsindən uzaqlaşdırmağa qərar veriblər.

Paytaxt Karakasda ofisinə təhlükəsizlik qüvvələri tərəfindən buraxılmayan prokuror qalmaqallı ərazini motosikletdə tərk edib.

"Mən bu qərarı qəbul etmirəm," o, deyib. "[Bu] totalitar hakimiyyətə qarşı qalxçağa cəhd edən hər kəsi nəyin gözlədiyini nümayiş edən xırda bir nümunədir."

Fotonun müəllifi AFP
Image caption Xanım Ortega ofisinə buraxılmadan sonra ərazini motosikletdə tərk edib

Prezident Nikolas Maduro-nu dəstəkləyən Ali Məhkəmə xanım Oretegaya qarşı ittihamlar barədə daha ətraflı məlumat verməyib.

Cənab Maduro Müəssislər Məclisinin yaradılmasının ölkədəki iqtisadi böhrandan nəticələnən gərginliyin aradan qaldırılmasl üçün lazım olduğunu deyir.

Lakin son parlament seçkilərində səslərin çoxunu qazanan müxalifət, yeni məclisin yaradılmasına əsas səbəbin Prezident Maduro-nun hakimiyyətdə qalmasına kömək etmək olduğunu iddia edir.

Fotonun müəllifi Reuters
Image caption Xanım Oretganı əvəzləyən Tarek William Saab prezident Maduronun müttəfiqidir

Konstitusiyaya dəyişikliklər etmək səlahiyyətinə sahib olan Müəssislər Məclisi seçkiləri müxalifət tərəfindən boykot edilmişdi. Müəssislər Məclisi müxalifətin idarə etdiyi parlamentin qərarlarını ləğv etmək hüququna malikdir.

Parlament spikeri Julio Borges xanım Orteganın vəzifəsindən uzaqlaşdırılması qərarının qanunsuz olduğunu deyib.

Xanım Orteganı prezident Maduronun tərəfdarı Tarek William Saab əvəzləyib.

Neftlə zəngin olmasına baxmayaraq, Venesuelada ərzaq və dərman çatışmazlığı kəskin şəkildə artıb. İnflyasiya 700 faizdən çox artıb və aprel ayından indiyədək baş vermiş etirazlar 100 dən çox insanın ölümü ilə nəticələnib.

Əlaqəli mövzular

Bu barədə daha geniş