Italiyada qaçırılıb hərracda “satışa çıxarılan” model xilas edildi

Chloe Ayling Fotonun müəllifi InSTAGRAM

İtaliyanın Milan şəhərində qaçırılıb hərrac saytında "satışa çıxarılan" britaniyalı model xilas edilərək ölkəsinə qayıdıb.

Altı gün ərzində qaçırılaraq saxlanılan 20 yaşlı modelin adı Chloe Ayling olduğu açıqlanıb.

İtaliya hüquq-mühafizə orqanları Ayling-in bir şəkil çəkilişi üçün Milan-a getdiyini və 11 iyulda iki nəfərin hücumuna məruz qalaraq qaçırıldığını açıqlayıb.

Ayling qaçırıldıqdan sonra onun bir internet saytında "satışa çıxarldığı" müəyyən edilib.

Həyata keçirilən əməliyyat nəticəsində Ayling xilas edilib, Böyük Britaniyada yaşayan Polşa vətəndaşı Lukasz Herba isə həbs olunub.

"Dəhşətli bir sınaq idi"

Britaniyanın Daily Telegraph qəzetinə müsahibə verən Ayling yaşadıqlarını "dəhşətli bir sınaq" adlandıraraq onu qaçıranların əlində olan zaman hər gün ölüm qorxusu yaşadığını söyləyib.

İtaliya polisi açıqlamasında Chloe Ayling-in dərman verilərək yatızdırıldığını və bundan sonra avtomobillə Turin şəhərinin şimal-qərbindəki Borgial əyalətinə aparıldığını bildirmişdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş