Keçmiş Facebook meneceri: Mədəniyyət 30 ilə çökə bilər

Antonio García Martínez
Image caption Martinez "Baş verəcək sosial partlayışdan sonra insanlar pula deyil, 5,56 mm-lik mərmilərə dəyər verəcəklər" deyir.

Texnologiya inkişafının ürəyi sayılan Silikon Vadisində illər boyu işləyən bir insan bir anda hər şeyi atıb niyə xəlvətə çəkilərək "axirət gününü" gözləməyə başlayıb?

Facebook-un keçmiş məhsul istehsalçı müdiri olan Antonio Garcia Martinez bu suala tək cümləylə cavab verib: "Çox qısa bir müddət ərzində dünyanın nəyə bənzədiyini gördüm və bu mənə bəs etdi."

BBC-nin "Silikon Vadisinin sirləri" adlı sənədli filmin yaradıcı qrupuna ABŞ-ın Seattle şəhəri sahillərindəki Orcas adasında satın aldığı geniş ərazidə müsahibə verən Martinez "Gələcək 30 il ərzində dünya əhalisinin yarısı işsiz qalacaq. İşlər daha da eybəcərləşəcək. Mədəniyyət tamamilə çökə bilər. Ona görə də mən burdayam" deyib.

Image caption Martinez "İşlər pis gedəcəyi təqdirdə Orcas adası ideal vəziyyətdədir. Üzərək belə Kanadaya qaçmaq şansınız vardır" deyir.

"Mədəniyyətin çöküşü" təhlükəsinə dair poliqonlar quran keçmiş Facebook nümayəndəsi həddən artıq irəli gedib-getmədiyi barədə suala belə cavab verib:

"Siyasət və texnologiya arasında ciddi bir yarış gedir. Hazırda isə texnologiya böyük məsafəylə irəlidədir. Texnologiya inkişafı nəticəsində çoxlu insanlar işlərini itiəcəklər. Bu vəziyyətin qarşısına keçib səfalətin qarşısını alacaq sosial siyasətlərə dair heç bir fəaliyyət yoxdur".

"Sadəcə ABŞ-da 30 milyon silah var. Bu da haradasa adambaşına bir silah düşür deməkdir. Bu silahların böyük hissəsi də iqtisadi baxımdan sərfəli mövqeyini itirən şəxslərin əlindədir".

Martinez onun xəlvətə çəkilən tək Silikon Vadisi nümayəndəsi olmadığını vurğulayaraq, bir çox keçmiş texnologiya mütəxəssisinin mədəniyyətdən uzaq bir həyatı seçdiyini bildirib. Martinez "Onlar gələcəkdən qorxurlar" deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş