Şəkillərdə: Böyük Menderes çayında məskunlaşan flaminqolar

Köçəri quşlar üçün havaların isti olduğu bölgələrə uçma zamanıdır. Hər il olduğu kimi minlərlə köçəri quşa bu il də Böyük Menderes çayı və Dilək Yarımadası Milli Parkı ev sahibliyi edir.

Flamingolar Fotonun müəllifi ERDEM SAHIN

EPA fotomüxbiri Erdem Şahin Dilek Yarımadası Milli Parkına gələn flaminqoların şəkillərini çəkib.

Flamingolar Fotonun müəllifi ERDEM SAHIN

Bir müddət dincələn flaminqolar bundan sonra günəş batan istiqamətdə uçmağa başlayırlar.

2003-cü ildə quşlar sayılarkən, 100-ə yaxın pelikan, 6 minə yaxın flaminqonun qış aylarını çayda keçirdiyi məlum olmuşdu.

Balıkçı Fotonun müəllifi ERDEM SAHIN

Fotomüxbir Erdem Şahinin kamerasına çayda balıq tutan bir balıqçı da yaxalanıb.

Menderes deltası Fotonun müəllifi ERDEM SAHIN

Təqribən 27.500 hektar bir sahəni əhatə edən Dilek Yarımadası Milli Parkı eyni zamanda Ege bölgəsinin ən böyük milli parkı sayılır.

Şəkillər: Erdem Şahin/EPA

Əlaqəli mövzular

Bu barədə daha geniş