Rolling Stones-un gitaraçısı xərçəngə tutulduğunu bildirib

Ronnie Wood Fotonun müəllifi Getty Images
Image caption Ronnie Wood Britaniyanın Rolling Stones rok qrupuna 1975-ci ildə qoşulub və hazırda qrupun ən gənc üzvüdür.

Rolling Stones qrupunun gitaraçısı Ronnie Wood bu il ağçiyərində xərçəng aşkar edildikdən sonra təcili cərrahiyyə əməliyyatından keçdiyini deyib.

"Ağciyərdə kiçik bir xərçəng xəstəliyilə mübarizə aparıram", - 70 yaşlı ifaçı Mail on Sunday nəşrinin əlavəsi olan Event jurnalına zarafatla bildirib.

Wood deyib ki, may ayında adi müayinə üçün həkimə gedib və həkim onun ağciyərinin sol tərəfində xərçəngin başladığını aşkar edib.

Xərçəngin nə qədər yayılmasının müəyyən edilməsinə bir həftə vaxt sərf olunub.

Xərçəngin yayılmadığı müəyyən ediləndən sonra Wood təcili əməliyyat olunub, ağciyərinin bir hissəsi kəsilərək götürülüb.

"İndi hər şey qaydasındadır. Lakin hər üç aydan bir müayinədən keçməliyəm. Onlar xəstəliyi erkən mərhələdə aşkar edib", - Wood bildirib.

Arvadı Sallinin əkizlər doğmasından bir qədər əvvəl, keçən ilin may ayında, Wood siqarət çəkməyi atıb. O, eləcə də nə narkotik, nə də spirtli içkilər qəbul etmir.

Ronnie Wood Britaniyanın Rolling Stones rok qrupuna 1975-ci ildə qoşulub və hazırda qrupun ən gənc üzvüdür.

Bu barədə daha geniş