Rihanna-nın karnaval geyimi sosial şəbəkələri az qala "çökdürüb"

Rihanna Fotonun müəllifi @BadGalRiri

Bazar ertəsi günü, məhşur ifaçı Rihannanın Barbadosda Crop Over (Əkinin Sonu) bayramı üçün geyindiyi geyimə reaksiyalar az qala sosial şəbəkələri çökdürüb.

Həftəsonu, 29 yaşlı Rihanna İnstagram izləyicilərilə yeni firuzəyi saçlarının şəklini paylaşıb.

Lakin onun yeni görünüşü bazar ertəsi günü bütövlükdə hazır olub. O, qiymətli daşlar, yaşıl və çəhrayı lələklərlə bəzənmiş karnaval geyiminin şəkillərini paylaşıb.

Rihanna geyimi ilə keçmiş sevgilisi olmuş ifaçı Chris Brown daxil olmaqla, hər kəsin diqqət mərkəzinə çevrilib.

Chris Brown Rihanna-nın paylaşdığı şəkillərin birinə "gözlər" emojiləri ilə şərh yazıb.

Rihannanın tərəfdarlarından bir çoxu, Chris Brown-un 2009-cu ildə Rihannanı döyməsini xatırladaraq ondan "mənfi enerjisini uzaqda saxlamasını" istəyiblər.

Fotonun müəllifi @BadGalRiri

Crop Over (Məhsulun Sonu) nədir?

Crop Over (Məhsulun Sonu) bayramı 1687-ci ildə, bəcərilmiş şəkər qamışının yığılma dövrünün sonnunu qeyd etməklə başlayıb.

O vaxtlar Barbados dünyanın ən böyük şəkər istehsalçısı olub. Lakin şəkər qamışı istehsalı azaldıqca bayramın populyarlığı da səngiməyə başlayıb və 1940-cı illərdə tamamilə dayandırılıb.

Lakin bayram 1974-cu ildə bir daha bərpa edilib və dünyanın müxtəlif yerlərində keçirilən karnavallar kimi çoxlu müsiqi, şənlik və rəngli geyimlərlə qeyd edilməyə başlayıb.

Dünyanın hər küncündən turistləri cəlb edən festival iyuldan avqustun əvvəlinə, Grand Kadooment Gününə qədər davam edir.

Son illərdə Rihanna karnavalın son paradında dəfələrlə cəlbedici geyimlər geyinərək iştirak edib.

Fotonun müəllifi @BadGalRiri
Image caption Rihanna 2015-ci ildə Crop Over bayramını qeyd edərkən əlində bəzənmiş qədəh daşıyıb

Rihanna-nın geyiminin bir qismi PBleudazzled şirkəti tərəfindən hazırlanıb.

Şirkətin sahibi, Bleu, Billboard saytına deyib ki, Rihanna-nın komandası ondan kolqotqalarını yalnız çərşənbə günü sifariş edib və bu səbəbdən onları çox qısa müddətdə hazırlamalı olub.

Geyiminin digər hissələri yerli dizayner Laura Austin tərəfindən hazırlanıb, Vogue jurnali bildirib.

"Crop Over-i insanlar adi mayka geyinərək qeyd edirdilər." deyib Austin.

"Lakin illər keçdikcə, dizaynerlər daha yaradıcı olmağa başlayıblar. Bu günləri Crop Over-in həqiqi zövqünü almaq üçün bütöv geyim geyinmək lazımdır. Bu həyəcanlandırıcı, sərbəst və parlaq olur."

Fotonun müəllifi @BadGalRiri
Image caption Rihanna 2013-cü ildə də, bayramı qiymətli daş və lələklərlə bəzənmiş geyimdə qeyd edib

Əlaqəli mövzular

Bu barədə daha geniş