İşarə dilini bilən Chantek adlı oranqutan 39 yaşında vəfat edib

Zoo Atlanta photo shows Chantek the orangutan in Atlanta, Georgia Fotonun müəllifi Reuters
Image caption Chantek ürək xəstəliyindən müalicə edilirdi

Dünyada işarə dilini öyrənən ilk insanabənzər meymunlardan bili olan Chantek, ABŞ-ın Georgia şatının Atlanta şəhərində 39 yaşında vəfat edib.

Oranqutan Tennessee-də bir antropoloqla doqquz il yaşayıb. Bu dövrdə o, otağını təmizləməyi, alətləri hazırlayıb istifadə etməyi və restorana yolu əzbərləməyi öyrənib.

Chantek həyatının qalan hissəsini Atlanta zooparkında keçirib. Zooparkda o həmçinin ürək xəstəliyindən müalicə alıb.

Zoopark rəsmiləri onun ünsiyyət yaratmağı sevdiyini və zooparkın onun üçün çox darıxacağını deyiblər.

Atlanta zooparkı dərc etdiyi bəyanatda, Chantek-in Şimali Amerika zooparklarında saxlanan ən yaşlı orangutanlardan biri olduğunu deyib.

Onun ölümünün səbəbi hələ ki, açıqlanmayıb. Lakin veterinarlar onu ürək xəstəliyinə görə müalicə edirdilər. Orangutanlar 35 yaşdan sonra yaşlı sayılırlar və tibbi nəzarətdə olmalarına ehtiyac olur.

Chantek, Georgia ştatında yerləşən Yerkes Milli İnsanabənzər Meymunlar Araşdırma Mərkəzində doğulub və daha sonra antropoloq Lyn Miles-la Tennessee-də yaşamağa göndərilib.

2014-cü ildə Chantek barədə çəkilmiş "The Ape Who Went to College" (Universiteti Bitirmiş İnsanabənzər Meymun" sənədli filmində onun otağını təmizlədiyini və qaldığı universitetdən restorana yolu öyrəndiyi görünür.

O həmçinin amerika işarə dili ilə ünsiyyət qurmağı bacaran nadir insanabənzər meymunlardan biri idi.

Əlaqəli mövzular

Bu barədə daha geniş