İlin ulduz yağışı: Perseid meteorit yağışı britaniyalıların çəkdiyi şəkillərdə

Fotonun müəllifi Reuters
Image caption Bazar günü ulduz yağışı Britaniyanın Qərbi Sussex bölgəsində də, Jill yel dəyirmanı üzərində qeydə alınıb.

13 avqust gecəsi planetimizin müxtəlif hissələrində Perseid adı daşıyan meteorit yağışı müşahidə edilib. Həmin astronomik hadisəni Britaniyada da izləyənlər olub.

Ulduz yağışının pik fazası şənbə gecəsinə düşüb. Perseid meteorit yağışı hər il iyul-avqust aylarına təsadüf edir. Bu, Yer planeti trayektoriyasının Swift-Tuttle kometası hissəciklərindən ibarət toz kütləsi ilə kəsiməsi zamanı baş verir.

Fotonun müəllifi @KeithTrueman
Image caption BBC-dən Keith Trueman ulduz yağışını Kəhkəşan fonunda İngiltərənin cənub-qərbində, Exmoor bölgəsində çəkib.
Fotonun müəllifi Bob Girling
Image caption Bob Girling bu ulduz yağışını Chilton, Oxfordshire -də lentə alıb.
Fotonun müəllifi Michiko Smith
Image caption Michiko Smith bu fotonu Normanton, West Yorkshire-də yerləşən evinin arxa bağından çəkib.
Fotonun müəllifi Alan Saunders
Image caption Alan Saunders meteorit yağışını Exeter yaxınlığında yerləşən evindən çəkə bilib
Fotonun müəllifi Darren Felgate
Image caption BBC oxucusu Darren Felgate bu fotonu Scarborough, Şimali Yorkshire-də yerləşən evinin bağından çəkib
Fotonun müəllifi Brian Gibson
Image caption Brian Gibson ulduz yağışını Glasgow yaxınlığındakı evindən izləyib. Onun çəkdiyi şəkildə ulduz yağışı Böyük Ayı bürcü fonunda baş verir.

Mütəxəssislər bildirirdilər ki, Ay 3-cü fazasında olduğundan bu il Perseid ulduz yağışını müşahidə etmək nisbətən çətin olacaq. Lakin sinoptiklərin qeyd etdiyi kimi, havaların yaxşı keçməsi ulduz yağışı həvəskarlarının karına çatdı.

Birləşmiş Krallığın Populyar Astronomiya Cəmiyyətinin vitse-prezidenti Robin Scagell-in sözlərinə görə, meteor yağışının intensivlik piki avqustun 12-ə təsadüf edib. Bununla belə, bu astronomik hadisəni avqustun 20-dək müşahidə etmək mümkün olacaq.

Onun təbirincə, meteoritlər, şəhər ərazisindən uzaq olan nöqtələrdən daha yaxşı görünür.

Fotonun müəllifi Barry Bird
Image caption Barry Bird bu fotonu Winchcombe, Gloucestershire-də çəkib. Şəkildə Perseid ulduz yağışı Ülkər ulduz toplusu və Venera planeti fonunda lentə alınıb.
Fotonun müəllifi John-Paul Brophy
Image caption John-Paul Brophy bu fotonu Beachy Head, Eastbourne-da çəkib
Fotonun müəllifi Mike Driscoll
Image caption Mike Driscoll meteoritin Böyük Ay bürcü fonunda düşdüyü anı kamerasına çəkə bilib. Şəkil Ashurst, Hampshire-də çəkilib.
Fotonun müəllifi John Cooper
Image caption John Cooper, Leicestershire yaxınlığında yaşadığı evinin bağından başının üzərində göyü çəkib.

Əlaqəli mövzular

Bu barədə daha geniş