Hollandiya: mühacirlərə məcburu üzgüçülük dərsi təklif edilib

Mülteci kız Fotonun müəllifi AFP

Niderlandın Kral Üzmə Federasiyası (KNZB) ölkədəki mühacirlərə üzgüçülük dərsi verilməsi və suyun təhlükələri barədə xəbərdarlıq edilməsini təklif edib.

Federasiyanın bu təklifi bazar ertəsi Venlo şəhərində 16 yaşlı suriyalı qaçqının hovuzda çimərkən boğularaq ölməsindən sonra gündəmə gəlib.

Üzə bilmədiyi halda hovuza girən suriyalı qaçqını bütün müdaxilələrə baxmayaq xilas etmək mümkün olmayıb.

2 il əvvəl Rhenen qəsəbəsində də suriyalı bir qız uşağı hovuzda boğularaq ölmüşdü.

KNZB-nin üzmə təlimi üzrə cavabdeh nümayəndəsi Alice Schools-un sözlərinə görə, ölkədə hər kəs üzmək bildiyi üçün bunu görən qaçqınlar üzməyin asan olduğunu düşünürlər. Buna görə də üzmək bilmədikləri halda dərin suya girməkdən çəkinmirlər.

Schools buna görə də, sığınacaq mərkəzlərində qaçqınlara üzmək dərsləri verilməsini və suyun təklükələri barədə xəbərdalıqlar edilməsini təklif edib.

Lakin Türkiyə və farslılar kimi qərb mənşəli olmayan ailələrdə uşaqlarını üzmək dərslərinə göndərənlərin sayı daha azdır.

Daha əvvəllər orta məktəblərin nəzdində məcburi olaraq verilən üzmək dərsləri xərclərə qənaət məqsədiylə son illərdə bəzi şəhərlərdə ləğv edilib.

"İrqçi xəbərə" reaksiya

Niderland İctimai Yayım Quruluşunun (NPO) tərkibində olan PowNed-in bazar ertəsi günortadan sonra Venlo-da boğulan suriyalı qaçqınla bağlı xəbəri kəskin etirazlara səbəb olub.

"Suriyalı qaçqın hovuzda batdı" başlığı ilə verilən xəbərdə "16 yaşlı suriyalı qaçqın hovuza çimmək üçün gələn bir çox insanı kefini pozaraq, onlara bərbad bir gün yaşadıb" ifadəsinə görə PowNed "irqçilidə" ittiham olunub.

Xəbərdə suriyalı uşağın üzmək bilmədiyi və cavabdeh şəxslərin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq dərin hovuza girməsi tənqid edilib.

Bu xəbər sosial şəbəkələrdə çoxlu etiraza səbəb olub.

Yayın quruluşunun keçmiş direktoru Yarno Ritzen Twitter hesabında "bu irqçi tonundakı yazını gördükdən sonra, ordan işdən çıxdığıma sevindim" yazıb.

Niderlandın tanınmış jurnalistlərindən olan Wierd Duk də "İnanmaq mümkün deyil. Bunu hansı neandertal insanı yazıb?" deyə fikirlərini belə ifadə edib.

PowNed-in yayım üzrə meneceri Domiquie Weesie xəbərə görə üzr istəyib. İstirahətdə olduğunu bildirən Weesie "mədə bulandıran" bu xəbərin yayından qaldırıldığını vurğulayıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş