“Qalaktikanın mühafizəçisi” işləmək istəyən 9 yaşlı Jack-ə NASA-dan cavab gəlib

Uzay Fotonun müəllifi Getty

ABŞ-ın NASA agentliyinin "planetlərin qoruyucusu" elanı böyük ək-səda doğurmuş və bir çox xəbərin mövzusu olmuşdu.

İşə götürülən şəxsin vəzifələri arasında kosmosdan gələ biləcək mikrobların yayılmasının qarşısını almaq vəzifəsi da var.

Bu vakansiyaya müraciət edənlərdən biri də ABŞ-ın New Jersey ştatından 9 yaşlı Jack olub.

Fotonun müəllifi NASA

Jack NASA-ya ünvanladığı məktubda bunları söyləyib:

Hörmətli NASA,

Adım Jack Davis-dir və planetin qoruyucusu vəzifəsi üçün müraciət etmək istəyirəm. 9 yaşında olmağıma baxmayaraq bu işə çox uyğun olduğumu düşünürəm. Bunun bir səbəbi isə balaca bacımın mənə yadplanetli deməsidir. Bundan başqa izləyə biləcəyim bütün kosmos və yadplanetlilərə aid filmləri seyr etmişəm. Marvel-in "S.H.I.E.L.D Agentləri" serialına da baxmışam və "Qara paltarlı adamlar" filmini də izləmək istəyirəm. Kompüter oyunlarında da çox bacarıqlıyam.Mən hələ çox gəncəm və buna görə də bir yadplanetli kimi düşünməyi öyrənə bilərəm.

Hörmətlə,

Jack Davis

Qalaktika mühafizəçisi

Dördüncü sinif



Jack-ın bu səmimi məktubu sosial şəbəkələrdə məhşurlaşınca NASA-dan da cavab gecikmədi.

NASA adından Jack-a xitabən ünvanlanan bir məktubu qələmə alan Dr.James Green belə yazıb:

Əziz Jack,

Eşitdiyimə görə, "Qalaktika mühafizəçisisən" və NASA-nın planetin qoruyucusu vəzifəsi ilə maraqlanırsan. Bu çox gözəldir!Planet qoruyucusu vəzifəsi olduqca maraqlı və əhəmiyyətlidir. Bu, Yeri Aydan, asteroidlərdən və ya Marsdan gətirdiyimiz nümunələrdəki mikroblardan qorumaqla bağlı bir işdir. Eyni zamanda Günəş sistemimizi məsuliyyətli bir şəkildə kəşf etməyə davam edərkən, planetləri və peykləri bizim mikroblarımızdan qorumaq da bu vəzifənin bir hissəsidir. Hər zaman bizə kömək edə biləcək gələcəyin parlaq alimləri və mühəndislərinə qapımız açıqdır. Buna görə də ümid edirəm ki, çox çalışarsan və dərslərində uğur qazanarsan. Gələcəkdə bir gün səni burada, NASA-da görmək ümidiylə!

Hörmətlə,

Dr. James L. Green

Planetlər üzrə Elmi Bolmənin direktoru

Əlaqəli mövzular

Bu barədə daha geniş