Müğənni Sinead О'Connor depressiya ilə mübarizəsindən danışıb

18+

Шинейд О'Коннор Fotonun müəllifi Sinead o'connor

Müğənni Sinead О'Connor video müraciətində uzun illərdir əziyyət çəkdiyi depressiya ilə apardığı ağır mübarizədən danışıb.

О'Connor artıq neçə ildir ki, New-Jersey ştatı yaxınlığındakı moteldə yaşadığını deyib. Müğənni psixi pozuntuları ucbatından ona vurulan damğalara görə həyatında kimsənin olmadığını söyləyib.

"Mənim həyatımdakı tək insan mənim psixiatrımdır. Bu mehriban insan mənim onun qəhrəmanı olduğunu deyir. Məni həyatda saxlayan tək şey budur - mən onun lənətlənmiş qəhrəmanıyam. Bu kifayət qədər kədərlidir ", - deyə müğənni #OneOfMillions həştəqində qoyduğu 12 dəqiqəlik videoda bildirib.

"Mən artıq iki ildir ki, bu yolda təkbaşına gedirəm. Qəlbən xəstə olduğum üçün bu mənə verilən cəzadır ", - deyə О'Connor ağlayaraq deyir. O dəfələrlə qohumlarına onu burdan aparmaları üçün xahiş etdiyini, lakin cavab almadığını söyləyib.

"Ən həssas insanlar "

Müğənninin sözlərinə görə, videonu yaymaqda məqsədi insanlara depressiya və psixi pozuntularla yaşamağın necə çətin olduğunu anlatmaqdır.

"Psixi xəstəlik narkotika kimi bir şeydir. Onun üçün fərqi yoxdur sən kimsən ", - deyə О'Connor söyləyib.

Mental xəstəlikdən əziyyət çəkənləri dünyanın "ən həssas insanları" adlandıran müğənni həmin vəziyyətdə olan insanlardan yaxınlarının da adətən üz döndərdiyini bildirib.

"Mənim həyatım ölməmək üçün mübarizə aparır. Amma bu həyat deyil ", О'Connor belə deyib.

İrlandiyalı Sinead О'Connor-un hazırda 50 yaşı var. Müğənni 1990-cı illərdə Prince-in Nothing Compares 2 U mahnısını ifa etdikən sonra məşhurlaşıb. Müğənninin cəmi 10 solo albomu var.

Müğənni qalmaqallı hərəkətləri ilə məşhurdur. O, 1992-ci ildə Saturday Night Live teleşousunda Katolik kilsəsində cinsi zorakılığa etiraz əlaməti olaraq Roma Papası II İohann Pavel-in şəklini cırmışdı.

2003-cü ildə müğənniyə bipolyar pozuntusu diaqnozu qoyulsa da, sonradan o diaqnozun düzgün qoyulmadığını açıqlayaraq, əslində posttravmatik stress pozuntusundan əziyyət çəkdiyini bəyan etmişdi.

Depresiya - onunla necə mübarizə aparma

  • Əgər sizə elə gəlirsə ki, siz depressiyadasınız, o zaman bu barədə etibar etdiyiniz insana danışın. Susmayın.
  • Əgər sizdə depressiya uzun müddət davam edərsə, o zaman həkimə müraciət edin. Ola bilsin ki, sizə dərman müalicəsi lazımdır.
  • Çoxlu hərəkət edin. Idmanla məşğul olun, düzgün qida rejiminə riayət edin.
  • Stressli vəziyyətlərdən uzaq durun və insanlarla daima ünsiyyətdə olun.

Əlaqəli mövzular

Bu barədə daha geniş