Mazda "daha effektiv" benzin mühərrikini təqdim edir

Skyactiv-X Fotonun müəllifi Mazda

Avtomobil sənayesinin elektrik maşınlara doğru hərəkət etdiyi bir dövrdə Mazda şirkəti daha səmərəli benzin mühərrikini təqdim edir.

O, effektivlik baxımından hazırkı mühərriklərdən 30 faiz daha yüksək göstəricilərə malikdir, Yaponiya istehsalçısı bildirir.

Şirkət yeni mühərriklə təchiz edilmiş avtomobillərin 2019-cu ildən istehsal olunacağını qeyd edir.

"Elektrifikasiya zəruridir lakin... hər şeydən öncə daxili yanma mühərriki gəlir", - Mazdanın araşdırma və inkişaf bölməsinin başçısı Kiyoşi Fujivara deyib.

Mazda elektrik avtomobillərin üzərində işlərin Toyota ilə birlikdə davam etdiriləcəyini bildirir.

Şirkət bu məqsədlə, ABŞ-da yeni zavodun inşa olunacağı ilə bağlı planlarını açıqlayıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş