İraq: İD qətliamına görə 27 nəfər edam ediləcək

Iraqi Shia fighters examine a burial site thought to hold victims of the Camp Speicher massacre Fotonun müəllifi AFP
Image caption Camp Speicher (Tikrit Hərbi Hava Bazası) yaxınlığında kütləvi məzarlıqlar, ərazinin hökumətin nəzarətinə qaytarılmasından sonra aşkar olunub

İraqda bir məhkəmə 2014-cü ilin iyun ayında Tikrit Hərbi Hava Bazasında özünü İslam Dövləti (İD) adlandıran qruplaşma tərəfindən 1,700-dək əsgərin qətliamənda iştirakına görə 27 nəfəri ölümə məhkum edib.

25 nəfər isə kifayət qədər dəlilin təqdim edilmədiyinə görə azadlığa buraxılıb.

Bir il əvvəl, qətliamla bağlı başqa bir məhkəmənin qərarı ilə 36 nəfər asılaraq edam olunmuşdu.

İD ABŞ-ın Camp Speicher adlandırdığı hərbi hava bazasında törətdiyi qətliamın görüntülərindən təbliğat videolarında istifadə edib.

Qətliamın qurbanlarının əksəriyyətinin hərbi xidmətə yeni qoşulmuş şiə icmasından olan gənclər olduqları deyilir.

Qətliamdan sonra İD-in paylaşdığı video və şəkillərdə qruplarla əsgərin müxtəlif yerlərdə sıraya düzülüb güllələnərək öldürülürdüyünü göstərilib.

Bəzi əsgərlərin cəsədləri Dəclə çayına atılıb, digərləri isə kütləvi məzalıqlarda basdırılıb. Bu məzarlıqlar 2015-ci ildə ərazi hökumətin nəzarətinə qaytarıldıqdan sonra aşkar olunub.

Məhkum edilən şəxslər məhkəmənin hökmünə qarşı appelyasiya şikayəti qaldırmaq hüququna malikdirlər.

Bu barədə daha geniş