FTB Trump-ın keçmiş seçki kampaniya sədrinin evində reyd keçirib

Donald Trump's former campaign chairman Paul Manafort, Fotonun müəllifi Reuters

ABŞ mətbuatı bildirir ki, iyulun 26-sı səhərin erkən saatlarında Federal Təhqiqatlar Bürosu (FTB) Donald Trump-ın keçmiş seçki kampaniyasının sədri, Paul Manafortun evində axtarış aparıb.

Məluamta əsasən reyd cənab Manafortun Senat Kəşfiyyat Komitəsilə könüllü görüşündən bir gün sonra həyata keçirilib.

Cənab Manafort xarici əlaqələrinə görə Trump kampaniyasını tərk etməyə məcbur qalmışdı.

Hazırda FTB Rusiyanın 2016 ABŞ prezident seçkilərinə iddia edilən müdaxiləsilə bağlı təhqiqatlardan birini idarə edir.


Həmçinin oxuyun:


FTB təhqiqatına rəhbərlik edən xüsusi prokuror Robert Mueller, cənab Manafortun evini "müxtəlif sənədlərlə" tərk edib, Washington Post qəzeti deyib.

Cənab Manafortun sözçüsü, Jason Maloni ABŞ mediasına məlumatı təsdiqləyərək federal agentlərin "cənab Manafortun iqamətgahlarından birində axtarış qərarını icra etdiklərini" bildirib.

"Cənab Manafort ardıcıl olaraq hüquq-mühafizə orqanları və digər ciddi təhqiqatların tələblərini indiyədək olduğu kimi bu dəfə də yerinə yetirib", o, əlavə edib.

Xüsusi prokuror Robert Mueller-in şöbəsi şərh verməkdən imtina edib.

Prezident Trump Rusiya və onun kampaniya arasında anlaşılma olduğu iddialarını rədd edir və cənab Muellerin rəhbərlik etdiyi təhqiqatı dəfərlərl "əcinnə ovu" olduğunu deyib.

FTB agentlərinin Cənab Manafortun evindən götürdükləri sənədlər barədə məlumat yoxdur.

İndiyədək cənab Manafort senatın ədliyyə komitəsi və senat və nümayəndələr palatasının kəşfiyyat komitələrinin Rusiya təhqiqatları çərçivəsində tələb etdikləri sənədləri könüllü şəkildə paylaşıb.

Bu sənədlər arasında cənab Manafortun 2016-cı ilin iyun ayında Emin Ağalarovun təşkilatçılığı ilə Trump kampaniyası və Rusiyalı vəkil arasında təşkil edilən görüşdən qeydləri də daxil olduğu deyilir.

Oğul Donald Trump-ın yaydığı emaillərdə görünür ki, Hillary Clinton barədə məlumatı əldə etmək üçün görüşə razı olduqdan sonra, oğul Trump cənab Manafortu və qayını Jared Kushner-i də görüşə dəvət edib.

ABŞ mediası yazır ki, cənab Muller Donald Trump-ın oğlunun görüşü barədə görüşdən əvvəl məlumatı olub-olmadığını müəyyən etmək istəyir.

Yazılanlara görə, cənab Manafortun maliyyə məlumatları da onu maraqlandırır.

İyun ayında, cənab Manafort Rusiyanın dəstəklədiyi Ukrayna siyasi partiyası üçün lobbiçilik etdiyi üçün ədliyyə departamentində xarici agent olaraq qeydiyyatdan keçib.

Keçən ilin avqust ayında, Rusiya hökumətinin Ukrayna və ABŞ-da maraqlarını təmsil etmək üçün Kremlindən milyonlarla dollar aldığına dair iddialar mətbuatda yayıldıqdan sonra, cənab Manafort Trump seçki kampaniyası rəhbəri vəzifəsindən istefa verib.

Əlaqəli mövzular

Bu barədə daha geniş