Trump-ın uşaqlığını keçirdiyi ev Airbnb saytında 777 dollara kirayə ediləcək

Trump'ın çocukluk evi Fotonun müəllifi AIRBNB

ABŞ prezidenti Donald Trump-ın New York-da uşaqlığını keçirdiyi ev Airbnb internet saytında bir gecəsi 777 dollara kirayə ediləcək.

Kirayəşinləri evin salonunda Donald Trump-ın böyük karton maketi qarşılayacaq.

Trump-ın ABŞ prezidenti seçilməsindən iki ay sonra 2,14 milyona dollara satılan ev üçün

"Qaçırılmaz bir fürsət"

ABŞ mərkəzli ev və ya otaq kirayə etmək saytı olan Airbnb-də verilən elana görə, New York-un Queens rayonunda yerləşən evdə 20 nəfər qala bilər.

Elanda həmçinin hazırda ABŞ prezidenti olan Trump-ın evində bir neçə gün qalmanın "qaçırılmaz bir fürsət" olduğu bildirilir.

Lakin elanın Trump və ya Ağ Evlə heç bir əlaqəsi yoxdur.

Trump-ın yaşadığı günlərdən bu yana qədər evin çox da dəyişmədiyi deyilir. Mebellər "Trump hələ də orada yaşayırmış kimi" onun zövqünə uyğun olaraq seçilib.

Beş yataq otağı və üç ayaqyolundan ibarət olan ev metroya yaxın məsafədə yerləşir.


Həmçinin oxuyun:


Fotonun müəllifi AIRBNB
Image caption Elanda deyilib ki, Trump-ın böyük maketi "Gecə vaxtı Fox News kanalını seyr edərkən gözəl bir müşayiətçi"dir

"Trump-ın maketi ilə Fox News kanalını seyr etmək səfası"

Elana görə. Trump-ın həqiqi insan boyundakı maketi "Gecə saatlarında Fox News kanalını seyr edərkən gözəl bir müşayiətçidir".

Fox News Trump-ı ən çox dəstəkləyən ABŞ televiziya kanalı kimi tanınır.

Ev Trump-ın atası Fred Trump tərəfindən 1940-cı ildə inşa edilib. Doğus şəhadətnaməsində bu evdə qeydiyyatda olan Trump, burada 4 yaşına qədər yaşayıb.

Daha sonra ailəsi yaxınlıqdakı daha böyük bir evə köçüb.

Trump ötən il sentyabr ayında amerikalı komediya ustası Jimmy Fallon-un televiziya proramında iştirak edən zaman evi yenidən satın almaq istədiyini söyləmişdi. Lakin mart ayında evi zəngin bir əmlakçı 2,14 milyon dollara almışdı.

Əlaqəli mövzular

Bu barədə daha geniş