Nepalda menstruasiya zamanı qadınları evdən qovmaq qadağan edilib

подсобное помещение Fotonun müəllifi AFP
Image caption Nepalın əksər qadın sakinləri menstruasiya zamanı daxmalarda yaşamağa məcburdurlar

Nepal rəhbərliyi menstruasiya zamanı qadınları evdən qovaraq kənar daxmalarda və buna bənzər yerlərdə yaşamağa məcbur edən adətlərin qadağan edilməsi barədə qanun qəbul edib.

Qədim hindu adət-ənənəsinə görə, ölkədə bu təcrübədən istifadə olunur. Yeni qanuna uyğun olaraq qadınları evdən qovanlar 3 aylıq həbs cəzasına məhkum ediləcək və 30 dollar cərimə ödəyəcəklər.

"Çaupadi" adlanan bu adət son vaxtlar kütləvi informasiya vasitələrində qızğın müzakirə olunur.

Son aylar ərzində Nepalda yaxınları tərəfindən menstruasiya zamanı evdən qovulan iki qız vəfat dib.

İyul ayında daxmada gecələyən qız ilan zəhərləməsi nəticəsində vəfat edib.

2016-cı ilin dekabrında isə bu adətin qurbanı 15 yaşlı qız olub. Onun gecələdiyi qapalı yerdə ocaq qaladığına görə boğularaq öldüyü ehtimal edilib.

Nepalda hindu ənənəsinə görə, menstruasiya keçirən və yeni doğmuş qadınlar "təmiz" sayılmırlar.

İnanclara görə onlar uğursuzluq gətirir və ona görə də onları adətən evdən qovurlar.

Onlara kişilərə, inəklərə və bəzi məhsullara, məsələn süd məhsullarına toxunmaq qadağan olunur.

Qadınlara həmçinin ümumi hamam otağından və ayaqyolundan istifadəyə icazə verilmir.

Menstruasiya zamanı evdən qovulan qadınlar tez-tez cinayətkarların və ya vəhşi heyvanların hücumuna məruz qalır və soyuqdan əziyyət çəkirlər. Qız uşaqlarına bu zaman məktəbə getmək də qadağandır.

Rəsmi olaraq bu adət Nepalda 2005-ci ildə qadağan edilib. Lakin qadınların evdən qovulmasına görə, qanunda cəza verilməsi nəzərdə tutulmamışdı. Yeni qanuna görə, qadınlar "ayrı-seçkiliyə məruz qalmamalıdır".

Əlaqəli mövzular

Bu barədə daha geniş