Hamiləlikdə vitaminlər uşaqsalma riskini azaldır - araşdırma

Hamile kadın Fotonun müəllifi PA

Avstraliyada aparılan bir araşdırmaya görə, hamiləlik zamanı qəbul edilən B3 vitamini uşaqsalma riskini və doğuş zamanı yaranacaq çətinlikləri ciddi şəkildə azaldır.

Yeni tapıntı dünya miqyasında ana olmağa hazırlaşan milyonlarla qadının sağlam bir körpə doğmasına köməklik edəcək.

Sydney-in Victor Chang İnstitutu tərəfindən aparılan və New England Journal of Medicine jurnalında dərc edilmiş araşdırmanın yeni inkişaf istiqaməti olduğu bildirilir.

12 il davam edən araşdırma hamiləlik zamanı B3 vitami çatışmazlığının ana bətnindəki körpənin inkişafına mənfi təsir göstərdiyini müəyyən edib.

Professor Sally Dunwoodie bu araşdırma ilə ilk dəfə NAD (nikotinamid adenin dinukleotid) çatışmazlığının düşmə və qüsurlu doğuşlarla əlaqəsi olduğuna diqqəti yönəldib.

Hüceyrələr NAD koenzimini B3 vitaminin bir törəməsi olan nikotinamindən sintez edilir.

B3 vitamini hansı qidalarda mövcuddur?

Yumurta, pendir, balıq, hind toyuğu, sərt qabıqlı çərəzlər və sağlam bir pəhriz bədənin NAD-a olan ehtiyacını qarşılaya bilər.

Vücudda NAD çatışmazlığının qarşısını B3 vitaminin dəstəyi ilə də almaq olar.

Araşdırmanı aparan qrupun başçısı professor Bob Graham bu tapıntının dünyada milyonlarla qadına kömək edəcəyini söyləyib.

Avstraliya səhiyyə naziri Greg Hunt da ölkədə hər dörd qadından birinin uşaqsaldığını bildir.

Dünya miqyasında hər il 7,9 milyon körpə bətndə orqan inkişafının tamamlanması ucbatından müxtəlif qüsurlarla doğulur.

Lakin bəzi mütəxəssislər siçanlar üzərində aparılan araşdırmanın insanlar üzərində aparılmasının lazım olduğunu deyirlər.

Onlar bunun nəticələri məlum olanadək aşırı ümidverici rəylərdən çəkinməyə səsləyirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş