Çin Trump-ı Şimali Koreyaya dair sözlərini seçməyə çağırır

Xi Jinping, Donald Trump Fotonun müəllifi Reuters
Image caption ABŞ istəyir ki, Çin Şimali Koreya üzərinə daha çox təzyiq göstərsin.

Çin lideri ABŞ prezidenti Donald Trump-ı və Şimali Koreyanı gərginliyi artıran "söz və hərəkətlərdən" çəkinməyə səsləyib, dövlət mediası bildirir.

ABŞ və Çin prezidentləri arasında danışıqlar barədə məlumata görə prezident Xi Jinping, Donald Trump-la söhbət vaxtı böhranın dinc yolla həllinə səsləyib.

Ağ Evin nümayəndəsinə əsasən ABŞ və Çın razılaşıblar ki, Şimali Koreya "provokativ və eskalasiyanı" artıran hərəkətlərə son qoymalıdır.

Şənbə günü Şimali Koreyanın KCNA xəbər agentliyinin yaydığı bəyanatda deyilir ki, ABŞ administrasıyası "Amerika imperiyasının qiyamət günü faciəsini" görmək istəmirsə "ünsiyyət qurub, düzgün davranmalıdır".

Fotonun müəllifi Reuters
Image caption Quam adası ABŞ-ın Anderson hava bazasının məskənidir

Cümə günü Donald Trump xəbərdarlığında deyib ki, ABŞ ərazisi olan Quama qarşı hər hansı bir addım atılarsa Şimali Koreya "böyük, böyük bəlanı" gözləməlidir.

O, Şimali Koreyanın ABŞ ərazisinə raket zərbəsi barədə təhdidini şərh edərək Quam "çox təhlükəsizdir, inanın mənə" deyib.

İyul ayında qitələrarası ballistik raket sınaqlarından sonra Pxenyan ABŞ ərazisini vurmağa qadir raketlərə sahib olduğunu iddia edib.

Bunun ardınca davam edən kəskin bəyanatlar fonunda bölgədəki gərginlik daha da dərinləşməkdədir.

Əlaqəli mövzular

Bu barədə daha geniş