ABŞ: Ağdərili irqçilər və antietirazçılar arasında zorakı qarşıdurma baş verib

Terry McAuliffe Fotonun müəllifi Getty Images
Image caption Virginia ştatının qubernatoru, Terry McAuliffe ağdərili irqçilərə "evinizə gedin" deyib

Virginia ştatının qubernatoru, Terry McAuliffe, Charlottesville şəhərində xaosa səbəb olan ağdərili irqçilərə sadəcə bir mesajı olduğunu deyib - "evinizə gedin".

İfrat sağçı yürüşünə qarşı toplaşan izdihamın içinə sürətlə sürülən maşının zərbəsi 19 nəfərin xəsarət alması və bir nəfərin ölümü ilə nəticələnib.

Federal Təhqiqatlar Bürosu (FTB) hadisə ilə bağlı vətəndaş hüquqlarına dair istintaq başlayıb.

Charlottesville şəhərində ağdərili millətçilər və onlara qarşı etiraz aksiyası keçirənlər arasında baş vermis qarşıdurmalarda bir çox insan xəsarət alıb.

Fotonun müəllifi Reuters
Image caption Ağdərili millətçilər Charlottesville-dəki yürüşlərindən əvvəlki gecə Virginia universitetinin ərazisində toplaşıblar

ABŞ-ın Baş Prokuroru Jeff Session deyib ki, "Charlottesville-dəki ölümlər və zor tətbiqi Amerika qanununun və ədalətinin ürəyinə bir zərbədir".

"Bu cür hərəkətlər irqçilik və nifrətdən yarananda, bizim ən mühüm dəyərlərimizə xəyanət edirlər və onlara dözmək olmaz."

Maşının sürücüsü olduğu iddia edilən 24 yaşlı Ohio ştatı sakini James Fields adamöldürmə ittihamı ilə şübhəli qismində saxlanılıb.

Charlottesville polis şöbəsi bildirib ki, maşın hadisəsindən ayrıca, ifrat sağçı yürüşlə bağlı digər toqquşmalarda 15 nəfər xəsarət alıb.

Fotonun müəllifi AFP
Image caption Maşın izidhama sürüldükdən sonra xəsarət alan insanlara təcili yardım verilib

Günorta saatlarında başqa bir hadisədə, yürüşə nəzarət əməliyyatının tərkibində iştirak edən polis helokopteri qəzaya uğrayaraq şəhər yaxınlığında meşəyə düşüb. Nəticədə iki polis zabiti həyatını itirib.

İfrat sağçıların "Unite the Right" (Sağı Birləşdir) adlandırdıqları yürüşün məqsədi şəhərdə yerləşən ABŞ vətəndaş müharibəsində quldarlığı dəstəkləyən Konfederatların generalı Robert E. Lee-nin heykəlinin sökülməsi qərarına etiraz etmək olub.

Fotonun müəllifi AFP
Image caption Şahidlər maşının insanları vurduqdan sonra, geriyə çəkilərək bir daha izdihama sürdüyünü deyiblər

"Sizdə vətənpərvərlik əlaməti yoxdur"

Mətbuat konfransında çıxış edən cənab McAuliffe deyib: "Mənim bu gün Charlottesville-ə gələn bütün ağdərili irqçilərə və nasistlərə bir mesajım var. Bizim mesaj adi və sadədir: Evinizə gedin. Sizi bizim böyük birliymizdə istəmirik. Utanın. Siz vətənpərvər olduğunuzu iddia edirsiniz, amma sizdə vətənpərvərliyin heç bir əlaməti yoxdur."

"Bu gün siz bura insanları incitməyə gəldiniz və insanları incitdiniz. Lakin mənim mesajım aydındır: Biz sizdən daha güclüyük."

Demokratlar partiyasını təmsil edən qubernator prezident Trump-la söhbət etdiyini və ondan iki dəfə insanları birləşdirməyə bir hərəkət etməsini xahiş etdiyini bildirib.

O, polisə və hüquq-mühafizə rəsmilərinə təşəkkürünü çatdırıb və onların "vəziyyətin bundan da pis pis olmasının" qarşısını aldıqlarını deyib. O həmçinin xəsarət alanlara yardım göstərən təcili yardım xidmətlərini tərifləyib.

Fotonun müəllifi Getty Images
Image caption Hadisədən sonra mətbuat konfransı keçirən prezident Trump zorakılıqda ağdərili irqçilərin əsas rol oynadığı barədə danışmamasına görə tənqid edilib

Trumpın reaksiyası

Mətbuat konfrasında hadisəyə münasibətini bildirən prezident Trump, "mümkün olduqca sərt şəkildə bir çox tərəfin nümayiş etdirdiyi inanılmaz nifrət, başqalarına dözümsüzlük və zorakılığı" pislədiyini deyib.

"Nifrət və təfriqəyə dərhal son qoyulmalıdır… biz vətənimizi sevən amerikalılar olaraq bir yerə toplanmalıyıq", o, əlavə edib.

Lakin həm müxalif demokrat, həm də ki, respublikaçı siyasətçilər onun zorakılıqda ağdərili irqçilərin əsas rol oynadığı barədə danışmamasından şikayətləniblər.

Respublikaçı senator Cory Gardner twitter-də yazıb: "Cənab prezident - biz pisə pis deməliyik. Bunlar ağdərili irqçilər idi və bu daxili terrorçuluqdur."

Respublikaçı senator Orrin Hatch-də Twitter-də yazaraq eyni mövqeyi tutub: "Biz pisə pis deməliyik. Mənim qardaşım öz həyatını Hitlerlə döyüşdə ona görə itirməyib ki onun öz evində nasist ideyalar meydan sulasın."

Sabiq prezident Barack Obama-nın hökumətində dövlət katibi olan John Kerry isə Twitter-də deyib: "Bu gün Charlottesville-də gördüyümüz tənqid edilməli və düzgün adlandırılmalıdır: nifrət, pislik, irqçilik və evimizdə yetişdirdiyimiz ekstremizm."

Bu barədə daha geniş