İraq kürdləri ABŞ-ın etirazına baxmayaraq müstəqillik referendumu keçirmək niyyətindədirlər

Mesud Barzani Fotonun müəllifi Reuters

İraqlı kürdlər İraqdan müstəqillik üzrə referendumun ABŞ tərəfindən təxirə salınması xahişinə baxmayaraq referendumu planlaşdırıldığı kimi sentyabrın 25-də keçiriləcəklər, kürd rəsmiləri Reuters xəbər agentliyinə bildirib.

İraq Kurdüstan Regional Hökumətinin prezidenti Məsud Bərzaninin sözçülərindən biri, Hoşyar Zebari deyib ki, "planlaşdırılan tarixə heç bir dəyişiklik olmayacaq".


Həmçinin oxuyun:

İraq kürdləri sentyabrda müstəqillik referendumu keçirəcəklər

Mosul: Kürdlər "genişmiqyaslı hücuma keçir"

İraq kürdləri PKK-nı bölgəni "tərk etməyə çağırır"


Fransanın AFP xəbər agentliyinin Məsud Bərzaninin idarəsindən aldığı yazılı bəyanatda, ABŞ dövlət katibi Rex Tillerson Kürdüstan Regional Hökumətindən referendumun təxirə salınmasını xahiş edir.

Bəyanatda Bərzaninin bu xahişə cavabında "Kürdüstan rayonunun xalqı buna qarşılıqlı qarantiyalar və gələcəkləri üçün alternativlər tələb" etdiyini bildirdiyi deyilir.

Bəzi şərhçilər Kürdüstan Regional Hökumətinin müstəqillik referendumundan İraq hökuməti ilə danışıqlarda bir təyziq üsulu kimi istifadə etmək niyyətində olduğunu iddia edirlər.

ABŞ-dan başqa, kürd azlıqlarına sahib olan Türkiyə, İraq, İran və Suriya da referenduma qarşıdırlar.

İyun ayında müstəqillik referendumu planına reaksiya verən ABŞ Dövlət Departamenti, referendumun özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qarşı mübarizə daxil olmaqla, digər "daha təcili prioritetlərdən" diqqəti yayındıracağını bildirmişdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş