Kanada: Mağazadan iş müsahibəsi üçün oğurluq edən gəncə iş verilib

Toronto police Constable Niran Jeyanesan, who bought a teenager a shirt and tie he tried to steal for a job interview Fotonun müəllifi TORONTO POLICE SERVICE
Image caption Toronto polis zabiti Niran Jeyanesan yeniyetmənin ona zəng edərək yaxşı xəbəri çatdırdığını deyib

Keçən həftə, Kanadanın Toronto şəhərində bir gənc iş müsahibəsinə geyinmək üçün paltar oğurladığı an saxlanılıb. Lakin onu həbs etməyə göndərilən polis zabiti Niran Jeyanesan, 18 yaşlı gəncin hekayəsini eşitdikdən sonra onun üçün oğurlamağa cəhd etdiyi paltarları almağa qərar verib.

İndi isə, cənab Jeyanesan gənc oğlana iş təklifi verildiyini deyib və gələn həftədən yeni işinə başlayacağını bildirib.

"O, bazar ertəsi başlayır", cənab Jeyanesan Kanadanın CP24 saytına deyib.

"O mənə dedi ki, o həqiqətən də köynəyi və qalstuku geyinmişdi. Elə şadam!"

Keçən həftə hadisəni izah edən polis zabiti bildirmişdi ki, Walmart mağazasının işçiləri bir gənci köynək, qalstuk və corab oğurlamağa cəhd edərkən saxlayıblar.

"Bu gənc şəxs həyatında çətinliklərlə üzləşib və öz ailəsini dolandırmaq üçün iş tapmaq və düzgün yaşamaq istəyir", cənab Jeyanesan deyib.

"Bu şəxsin heç bir maddi imkanı yox idi. O, iş tapmaq istəyirdi. Onun beynində yalnız bu fikir var idi. Mən həqiqətən düşünürəm ki, o, səhv edib."

Yeniyetmə gənc zabitə atasının xəstə olduğunu və nəticədə ailəsinin çətinliklərlə üzləşdiyini deyib.

Cənab Jeyanesan həmçinin bildirib ki, "kömək etmək istəyən bəzi dostlarımızın" səyləri nəticəsində gəncin atası da işə düzəlib.

Avqustun 7-si zabit Jeyanesan-ın həmkarı Paul Bois BBC-ə müsahibə verərək, onun hərəkətini tərfiləyib.

"Onu həbs etməyin heç kəsə xeyri olmazdı", o, deyib.

"Mən bu xəbərə çox müsbət yanaşdım. Bütün məsələlər zabitin hərəkətləri ilə həll edildi", o, əlavə edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş