İstanbulda İD əməliyyatı: "Canlı bomba" şübhəlisi polisi öldürüb

IŞİD militanın yerde müdahale Fotonun müəllifi DHA

İstanbulda bir canlı bomba şübhəlisi polisə gətirildiyi zaman, bıçaqla bir polisi yaraladıqdan sonra hadisə yerində öldürülüb.

Sinan Acar adlı polis məmuru xəstəxanaya aparılsa da, vəfat edib.

Doğan İnformasiya Agentliyi (DİA) bıçağın, özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya aid olduğu deyilən şübhəlinin üzərində tapıldığını iddia edib.

Anadolu Agentliyi (AA) canlı bomba olduğundan şübhələnilən şəxsin keçirilən bir İD əməliyyatı zamanı yaxalandığını bildirib.

Məlumata görə, hadisə şübhəlinin Vətən küçəsində yerləşən İstanbul Polis İdarəsinə gətirildiyi zaman baş verib.

İD şübhəsinin yaşı və ya kimliyi açıqlanmayıb

DİA Bakı vaxtilə saat 23:45-də baş verən hadisədən sonra Fateh və Aksaray rayonlarında əməliyyatlar keçirildiyini bildirib.

Bombalı aksiya hazırlığı etdiyi deyilən şübhəlinin yaşı və ya kimliyi ilə bağlı bir açıqlama verilməyib.

Prokuror Polis İdarəsi qarşısında baş verən hadisə ilə bağlı istintaqa başlayıb.

Bu barədə daha geniş