Britaniya mətbuatı: Neonasistləri kölgədən Trump çıxarıb

Fotonun müəllifi Getty Images

Neonasistləri kölgədən Trump çıxarıb

"The Independent" yazır ki, neonasistləri və Trump-ı bir-birlərindən ayırmaq mümkün deyil. Heç də təkcə ona görə yox ki, əyinlərinə üzərində Hitlerin kəlamları olan maykaları geyinənlər Charlottesville-də "Hail Trump!" şüarı ilə salamlaşıblar, həm də ona görə ki, onları Trump hərəkətə gətirib. Onlar sanki Trump-ın adamlarıdır.

Məqalədə deyilir ki, "bu cür məxluqlar" Trump afrikalı-amerikalı sələfinin doğum yerini şübhə altına alaraq özünün siyasi kareyerasına başlayandan əvvəl də mövcud idilər. Onları Trump yaratmayıb. Trump onları qaranlıq kölgədən qaytarıb küçələrə gətirib.

Mükafatlı jurnalist Matthew Norman bunu da ehtimal edir ki, öz səhifələrində ağların ağalığını müdafiə edən ifrat sağçı Steve Bannon-u Trump-ın vəzifəyə gətirməsi də təsadüfi detyil.

"Trump ən azı ortabab irqçidir" - yazır Norman. Onun fikrincə Trump-dan başqa heç kəs Jeff Sessions-ı baş prokuror etməzdi.

Məqalədə deyilir ki, Charlottesville rüsvayçılığının səhəri günü Breitbart saytında 52 min mesajın Trump-ın ağ iqrçiliyi pisləməkdən çəkinməsini dəstəkləməsi də təsadüfi deyil.

Norman yazır ki, nasist nümayişinə çıxanların sayına görə Amerikadakı iqrçilərin sayını hesablamağa cəhd etmək olar, lakin bəlkə buna heç ehtiyac da yoxdur. Milyonlarla, on milyonlarla insan Trump-a səs verməsəydi, o çətin prezident ola, hətta 2020-ci ildə təkrar seçilməyə cəsarət edə bilərdi.

Fotonun müəllifi Facebook
Image caption Şənbə günü ağ millətçilər tərəfindən keçirilən marş zamanı bir avtomobilin piyadaların üstünə sürülməsi nəticəsində Heather Heyer ölüb.

Müəllif inanır ki, ikrah hissini hissələrə bölmək, Trump-la onun qaralara "N" hərfi ilə başlanan sözlə müraciət etmək üçün darıxan milyonlarla tərəfdarı arasında saxta fərq yaratmaq olardı.

Norman yazır ki, son iki il ərzində ekspertlər Trump-ın həqarətlərini eşidir və onun axırının çatdığını deyirlər. Lakin başa düşmək lazımdır ki, Trump-ın prezidentliyində Şimali Koreyanın nüvə meydanını sulanmasından daha tükürpədici vahimə var.

Vahimə bundan ibarətdir ki, milyonlarla amerikalı rənginin dərisi fərqli olanlara həqarət etmək anını gözləyirmiş.

Trump Konstitusiya barədə riyakarcasına deyib: "Mən bu sənədə çox bağlıyam". Halbuki bu sənədin elə birinci maddəsi hamıya söz azadlığı verir. Charlotteville həlak olan gənc qadın da bu hamıdan biri idi.

Norman düşünür ki, əlbəttə Trump-ın simpatiyası kondfederatların tərəfindədir.

Amma nəticə eyni olacaq. Konfederatlar uduzacaqlar. Martin Luther King deyirdi ki, tarixin təkəri həmişə ləngər vursa da axırda ədalət tərəfə əyilir. Burası da var ki, bu ləngərin özü çox təhlükəlidir.

Ən təhlükəsiz nəqliyyat təyyarədir

Fotonun müəllifi David McNew
Image caption Birləşmiş Ştatların Nəqliyyat Nazirliyi nəqliyyat növləri üzrə insan ölümlərinin statistikasına əsasən ən təhlükəsiz nəqliyyat vasitəsi təyyarədir.

"Metro" qəzeti yazır ki, bir çoxları təyyarə ilə səyahətdən çəkinsələr də, hava nəqliyyatı insanın ölümü baxımından ən təhlükəsiz nəqliiyat növüdür.

Qəzet yazır ki, hər on nəfərdən birində uçmaq fobiyası olur, lakin statistika baxımından təyyarə avtomobildən daha təhlükəsiz nəqliyyat növüdür.

Birləşmiş Ştatların Nəqliyyat Nazirliyi nəqliyyat növləri üzrə insan ölümlərinin statistikasını açıqlayıb.

Avtomobil

Statistikaya görə avtomobil qəzaları kifayət qədər tez-tez baş versə də, bu qəzalarda ölüm halları o qədər də yüksək deyil.

Orta hesabla avtomobil nəqliiyatında 114 qəza nəticəsində yalnız bir sürücü həyatını itirir.

Avrtomobildə sərnişin olaraq həlak olmaq şansının nisbəti isə 654 hadisədən 1 ölümdür.

Qatar

Statistikaya görə 2015-ci ildə dəmiryolu ilə bağlı qəzalarda 749 nəfər həlak olub. Amma bu qəzalarda ölənlərin 60 faizi qatarın içində yox, çölündə olub. Başqa sözlərlə adamların əksəriyyəti dəmir yollarını keçərkən həlak olub.

Gəmi

2015-ci ildə 700 nəfər gəmi qəzalarında həlak olub. Lakin bunların 90 faizi əldəqayırma qayıqlardan istifadə edənlərdir. Bu isə o deməkdir ki, normal gəmi ilə səyahət o qədər də təhlükəli deyil.

Təyyarə

Təyyarə ilə səyahət zamanı həlak olmaq şansı 9821-də 1-dir. Əslində 2015-ci il ərzində Birləşmiş Ştatlarda 848 milyon nəfər təyyarə ilə səhayət edib. Bu müddət ərzində hava nəqliyyatında ölənlərin sayı 444 olub.

Beləliklə, statistikaya görə ən salamat nəqliyyat növü yenə də təyyarədir.

Bir gün öncə Britaniya mətbuatı yazırdı:Məscidlərin hədələnməsi “transatlantik miqyas” alır

Əlaqəli mövzular