Çin: internetdən asılılığı hərbi intizamla "müalicə edən" mərkəzlər bir gəncin ölümündən sonra tənqid olunur

Bazı internet bağımlılığı tedavi merkezleri askeri disiplinleriyle nam salmış Fotonun müəllifi AFP/Getty Images
Image caption Bəzi internet asılılığı müalicə mərkəzləri hərbi intizamı ilə məhşurdur

Çində bir gəncin internet asılılığı müalicə mərkəzinə göndərilməsindən bir neçə gün sonra ölməsi, bu qurumlar barədə mübahisələri daha qızışdırıb.

18 yaşlı gəncin cəsədində çoxlu yara izi olduğu iddia edilir.

Mərkəzin direktoru və bəzi nümayəndələri həbs edilib.

Hadisənin avqustun əvvəlində ölkənin qərbindəki Anhul rayonunda baş verdiyi açıqlanıb.

Çində internetdən və oyundan asılı olanlara qarşı müalicə mərkəzlərinin sayı son vaxtlar çox artıb.

Bu mərkəzlərdən bəzisi hərbi intizam tətbiqləriylə əks-səda doğuraraq, çox sərt davrandıqları üçün tənqid edilmişdi.

Fotonun müəllifi Getty Images
Image caption Pekindəki EEG (elektroensefalografi) mərkəzi bu üsulla xəstələrin beynindəki dalğaları araşdırır

"Oğlumun bədəni yaralarla örtülmüşdü"

Baş verən hadisə zamanı vəfat edən gəncin anası oğlunun internetdən ciddi şəkildə asılı olduğunu və həyat yoldaşıyla birlikdə ona kifayət qədər yardım edə bilmədiklərini söyləyərək bu səbəbdən də oğlunu müalicə mərkəzinə göndərməyə qərar verdiklərini deyib.

Anhui Shangbao qəzetinə açıqlama verən ana Fuyang şəhərindəki bir mərkəzin həm psixoloji, həm də fiziki kömək etdiyini eşidincə oraya üstünlük verdiklərini söyləyib.

Ana avqustun 3-də göndərdikləri oğullarının avqustun 5-də xəstəxanaya yerləşdirildiyini və bədəninin başdan-ayağa yaralarla örtülü olduğunu bildirib.

Çindəki bəzi müalicə mərkəzlərinin xəstələri döydüyü və elektroşokdan istifadə etdiyi əvvəldən də məlumdur, hətta ötən il bir gəncin onu istismara məruz qaldığı müalicə mərkəzinə göndərən anasını öldürdüyü bildirilib.

Ölkədəki internet asılılığı istiqamətində araşdırma aparan Cənubi Koreyadakı Ewha Qadın Universitetinin nümayəndəsi Trent Bax bu mərkəzlərin həssas reklam fəndlərindən istifadə edərək problemlərə sürətli və asan çarə axtaran ailələri özlərinə cəlb etdiklərini söyləyib.

BBC-yə açıqlama verən Bax ailələrin internetdən və ya oyundan asılı olan uşaqların gələcəkdə heç bir zaman uğur qazana bilməyəcəyindən narahat olduğunu, bunlardan bəzilərinin lazım olduğunda uşağa şiddət tətbiq edəcəyini düşündüyünü söyləyib.

Çindəki müalicə mərkəzlərində elektroşok cihazlarının istifadəsini qadağan edən qanun layihəsinin parlamentdə müzakirə ediləcəyi gözlənilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş