Türkiyədə çevriliş cəhdinə görə həbs olunan analar: 6 aylıq körpələr də cəza evindədirlər

Konya Ereğli Cezaevi'ndeki bebekler Fotonun müəllifi Çınar Babacan
Image caption Konya Ereğil Həbsxanasındakı körpələr

Türkiyədə 15 iyul hadisələrindən sonra elan edilən fövqəladə hal (OHAL) müddətində "terror qruplarına üzv olmaq" ittihamı ilə həbs olunan və cəzası təsdiqlənmiş bəzi qadınlar 6 aydan kiçik körpələriylə birgə həbsxanada saxlanırlar.

Bu qadınlardan üçü yaşadıqlarını BBC-ə danışıb.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ədalət Komissiyası üzvü və Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili olan Yılmaz Tunc isə hamilə qadınların həbs edilmədən mühakimə edildiklərini bildirərək iddiaların mənfi ictimai rəy yaratmaq cəhdi olduğunu söyləyib.

Trabzonun Çaykara əyalətində yaşayan Yağmur Balçı "FETÖ/PDY silahlı qruplaşmaya üzv olmaq" ittihamı ilə noyabrın 21-də 3 aylıq körpəsiylə həbs edilərək Trabzon Bahçecik həbsxanasına göndərilib.

9 aydır körpəsiylə bəbsxanada olan Yağmur Balçının iddianaməsi hələ ki hazırlanmayıb.

Balçının 21 yaşlı bacısı Zəhra həbsxanada körpənin heç bir ehtiyacının qarşılanmadığını söyləyib.

"Bacım nəzarətdə olduğu 5 gün ərzində körpəni 3 dəfə 10 dəqiqəlik əmizdirməsi üçün apardıq. İçəridəki şərait Səlim üçün heç də yaxşı deyil. Əlavə qidalar ala bilmir. İməkləməsi üçün yer yoxdur. Nəm salfet belə qadağandır. Uşağın pampersini belə 2-3 həftə gec gətirirlər. Bacım həbsxanaya girdikdən 4 ay sonra körpəyə gəzməsi üçün araba və yemək masası verdilər. "

Yağmur Balçı iyul ayında Ankaradakı Sincan həbsxanasına göndərilsə də, bacısı Zəhra burda da körpə üçün şəraitin eyni olduğunu bildirib:

"Avropa İttifaqı Komissiyasından həbsxananı nəzarətdən keçirməyə gələnlər körpə üçün şəraitin yaxşılaşdırılması məsələsində çox təzyiq göstəriblər. Bacım Ankara həbsxanasına nəql edilməsi səbəbinin bu olduğunu düşünür. Amma Sincan həbsxanasında da körpənin gəzmək arabası və yemək masası yoxdur. Biz almaq istəsək də, bunun qadağan olduğunu deyirlər. "

AKP-nin keçmiş vilayət nümayəndəsi Babacan: Körpəmi öz əllərimlə təslim etdim

Cəzası təsdiq olunmadan həbs olunan başqa bir qadın isə Ankaranın Şereflikoçhisar vilayətində yaşayan ingilis dili müəlliməsi Ferda Babacandır.

İyul hadisələrinə qədər Ferda Babacan AKP-nin Şereflikoçhisar vilayəti başçısının köməkçisi olub. Hadisələrdən sonra Qanun Hökmündə Qərarnamə (KHK) ilə 2017-ci ilin aprelin 12-də 5 aylıq körpəsiylə həbs edilərək Konya Eregil həbsxanasına göndərilib.

Fotonun müəllifi Çınar Babacan
Image caption Çinar Babacan körpəsini Konya Ereğil Həbsxanasına təslim etməzdən əvvəl

Ferda Babacanın həyat yoldaşı Çinar Babacan həbs zamanı körpələrinin 5 aylıq olduğunu söyləyib:

"Aprelin 12-də körpəni qucağıma verib, xanımı həbs etdilər. Eregil həbsxanasına çatan zaman xanım dərhal ərizə verərək körpə ana südü ilə qidalandığına görə onun da həbsxanaya verilməsini istədi. Öz körpəmi əllərimlə həbsxanaya təslim etdi.

"Bir həftədir ki, körpəmin əlavə qidalarını, yoğurt, yumurta və şorbasını kəsiblər. Uşağın qızdırması qalxıb, həyat yoldaşım ərizə yazıb, bir həftə sonra onu həkimə apa bilib. Körpə anasıyla birgə bir yataqda yatır. Körpəyə ayrıca yataq belə vermədilər. "Qoynuna al, yat" dedilər."

"Üz-üzə görüşlərimiz olur. Onda belə bizi 15 dəqiqə tez ayırırlar. Həyat yoldaşımı və körpəmi azad etsinlər, məni həbs etsinlər. İstəyirlərsə işgəncə də versinlər. Allah şahiddir ki, şikayət belə etmərəm".

Ferda Babacanın iddianaməsində istifadə etdiyi mobil telefonunda Bylock tətbiqi olduğu məlumatı və şübhəlinin "FETÖ/PDY silahlı terror qruplaşması üzvülüyü" itthamı ilə istintaqda olan bir şəxslə əlaqəsinin təsbit edilmədiyi əks olunub.

Çinar Babacan isə "mühafizəkar insan camaata nə qədər yoluxubsa, biz də o qədər yoluxduq" deyərək ittihamları rədd edir.

Fotonun müəllifi Çınar Babacan
Image caption Konya Ereğil Həbsxanasında nəzarətçilərin çəkdiyi bir doğum günü şəkli

"4 aylıq körpəmə beşik vermədilər"

Xəbərdə adının çəkilməsini istəməyən başqa bir qadın da Düzcə TOKİ Mehmet Akif Ersoy məktəbində müəllimə kimi vəzifəsini icra edərkən nəzarətə alınıb və 27 sentyabrda həbs edilərək 4 aylıq körpəsiylə İzmir Aliağa Şakran həbsxanasına nəql edilib.

2 ay həbsxanada qalan qadın təxliyə edildikdən sonra yaşadıqlarını belə anladıb:

"İzmirdə nəzarətdə olduğum iki gün ərzində mənim kimi körpəsi olan təqribən 10 qadın vardı. Körpələrini yanlarında saxlamağa icazə verilməyən bu analara sübh azanı zamanı körpələrini əmizdirmələri üçün gətirirdilər. Mən isə körpəmlə birgə betonun üzərinə saldığımız bir ədyalın üstündə yatmaq məcburiyyətində qaldıq".

"İlk gün qaldığımız kamerada tək olduğum üçün ayaqyoluna gedə bilmədim. Nəzarətçilərə körpəni əmizdirmək üçün su içmək istədiyimi söylədim, amma mənə krant suyu gətirdilər. Pampers gətirmələri üçün yalvardım, amma bu dəfə də nəm salfet vermədilər".

"Səhəri gün südüm olmadığı üçün 4 aylıq körpəmə badımcan yedizdirməyə məcbur oldum. Körpənin qidasını öz keflərinə görə və məhdud sayda gətirirdilər. Bəzən körpəmi bulqur plovu kimi, nə tapdımsa onunla yedizdirdim".

"Körpəm və mən bir nəfərlik çarpayıda birlikdə yatdıq. Bu şəkildə körpəmin yataqdan düşmə ya da boğulma riskinin olduğunu söyləyərək şikayət edəcəyimi söylədim. Ay yarım sonra bir beşik verdilər. Sonrada stressdən ekzema oldu".

2017-ci iın 6 iyulunda iddiası başa çatan ana "FETÖ/PDY silahlı qruplaşmaya üzv olmaq" ittihamı ilə 4 il 2 ay həbs cəzasına məhkum edilib.

Fotonun müəllifi YOUTUBE
Image caption AKP millət vəkili Yılmaz Tunç: "Bütün mühakimələr Türk Cəza Qanunu, Konstitusiya və beynəlxalq razılaşmlara çərçivəsində həyata keçirilir"

AKP millət vəkili Yılmaz Tunç: Qara təbliğat aparılır

BBC Türkcə xidmətinin suallarını cavablandıran TBMM-nin Ədalət Komissiyası üzvü və AKP-nin Bartından millət vəkili Yılmaz Tunc isə körpəli qadınların həbs edilərək mühakimə olunması barədə xəbərlərin həqiqətə uyğun olmadığını söyləyib.

"Bütün mühakimələr Türk Cəza Qanunu, Konstitusiya və beynəlxalq razılaşmlara çərçivəsində həyata keçirilir" deyən Tunc sözlərini belə davam etdirib:

"Xüsusuilə hamilə müttəhimlər məsələsinə çox həssaslıqla yanaşılır və onlar şərti cəzalandırılırlar. Mənə və ya Ədalət Komisiyasına bu məsələ ilə bağlı müraciət olunmayıb. Əgər müstəsna konkret faktlar varsa göstərsinlər. Bir dənə də olsun nümunə yoxdur. Çünki heç bir hüquq mənsubu belə davrana bilməz."

"Bunları iddia edənlər beynəlxalq hüquq nəzdində Türkiyədə sanki həbs olunan qadınlara zülm edilirmiş təəssüratını yaratmağa çalışırlar. Həbsxanalardakı şərait və məhkumların vəziyyəti barədə bütün bu məlumatlar Türkiyə əleyhinə aparılan bir təbliğatdır və qara piardan ibarətdir".

Əlaqəli mövzular

Bu barədə daha geniş