Britaniya Aİ-ə "müvəqqəti gömrük ittifaqı" təklif edir

Customs union Fotonun müəllifi Getty Images

Böyük Britaniya Brexit-dən sonra Avropa İttifaqı (Aİ) ilə qurmaq istədiyi "ambisiyalı müvəqqəti gömrük ittifaqı" təklifini açıqlayıb.

Nazirlər bildiriblər ki, plan qalan Avropa ilə "ən azad və ən səs-küysüz mümkün ticarət" deməkdir.

Bu, Böyük Britaniya Aİ-ni tərk edəcəyi zaman sərhəd problemlərin qarşısını almaq üçün "müvəqqəti gömrük ittifaqı" mənasını verə bilər.

Brexit çərçivəsində Aİ-nin tarifsiz ticarət sahəsindən də ayrılması Britaniyada şirkətlərin höküməti hüquqi aydınlıq yaratmağa çağırmasına səbəb olub.

Gömrük ittifaqı haqqında sənəd Böyük Britaniya hökuməti tərəfindən əsas məsələlər üzrə danışıqları ehtiva edən ilk nəşrlərdəndir.

Çərşənbə günü bu sənədə əsasən Şimali İrlandiya və İrlandiya Respublikası arasındakı sərhəd üçün təkliflər verilməsi gözlənilir.

Gömrük ittifaqı nədir?

Gömrük ittifaqı ölkələri bir-birinin mallarına idxal vergisi tətbiq etmir.

Xaricdən idxal edilənlərə isə eyni tariflər qoyulur.

Belə ki, məsələn, gömrük ittifaqına kənardan idxal olunan bəzi avtomobillərə 10 faiz vergi qoyulursa, qızardılmış kofeyə 7.5 faiz vergi qoyulur. Bundan az və ya çox ola bilməz.

Digər mallara - məsələn, sabun və ya şiferə- tariflər yoxdur.

Böyük Britaniyanın Aİ-nin Gömrük İttifaqından getməsi ötən həftə sonu təsdiqlənib.

Bu barədə daha geniş