Harri Kasparov: "Baxaq görək mən fiqurları hərəkət etdirməyi unutmamışam ki?"

Каспаров на турнире Fotonun müəllifi AFP

Şahmat üzrə keçmiş dünya çempionu və rusiyalı müxalifətçi Harri Kasparov 12 illik fasilədən sonra yenidən St Louis şəhərində keçirilən peşəkar şahmat turnirində çıxış edir.

54 yaşlı Kasparovun qısa müddətə böyük şahmata qayıtmasını hələ iyun ayında Grand Chess Tour şahmat seriyasının təşkilatçıları elan etmişdilər.

Bazar ertəsi başlanan çempionatda yenidən şahmat taxtası arxasına keçən 13-cü dünya çempionu əvvəlcə belə zarafat edib: "Baxaq görək mən fiqurları hərəkət etdirməyi unutmamışam ki?"

Bu günlərdə Kasparov Facebook səhifəsində "şahmat təqaüdündən qayıtmadığını", sadəcə 5 günlük fasilə verdiyini yazmışdı. Buna baxmayaraq turnir başlamazdan əvvəl qrossmeyster "Mən başa başa düşürəm ki, bu çox ciddi turnurdir. Bu turnirdə mən şahmat tarixinin ən arzu olunan şikarı olacağam" deyib.

Kasparovla yanaşı turnirdə dünyanın daha 9 güclü şahmatçısı iştirak edir. Onların arasında şahmat reytinqində ikinci olan Kikaru Nakamura, Serqey Karyakin və Viswanathan Anand da var.

Hərçənd St Louis turniri iştirakçıları arasında hazırkı çempion, norveçli Magnus Carlsen yoxdur. Vaxtilə Kasparov norveçlinin məşqçisi olub.

Şahmatçı və müxalifətçi

Harry Kasparov 1985-ci ildə tarixi yarışda Anatoly Karpova qalib gələrək ən gənc çempion tituluna sahib olmuşdu.

O gündən 2006-cı ilə qədər o, FİDE-nin reytinq cədvəlinə təkbaşına başçılıq edirdi. Onun reytinq rekord 1999-cu ildə 2851 bal təşkil edib.

Onun bu rekordu yalnız 2013-cü ildə Magnus Carlsen tərəfindən təzələnib.

2005-ci ildə Harri Kasparov böyük şahmatı tərk etdiyini bəyan etmişdi. O, gündən bu yana Kasparov yalnız sərgi yarışlarında iştirak edib. Bundan başqa o, 2010-cu ildə Carlsen-in şəxsi məşqçisi kimi fəaliyyət göstərib.

İdman karyerasını başa vuran Kasparov Vladimir Putinin siyasi rejiminə qarşı fəal hərəkət etməyin vacib olduğunu bəyan etmişdi.

Müxalifətçi siyasətçi kimi fəaliyyət göstərən Kasparov bir sıra hərəkatların və təşkilatların, xüsuslə Birləşmiş Vətəndaş Cəbhəsi və "Həmrəylik" hərəkatının yaradılmasında iştirak edib.

2012-ci ilin oktyabrında Kasparov Rusiya müxalifətinin Koordinasiya Şurasına seçilmişdi.

2013-cü ildə Rusiyanı həmişəlik tərk edən Kasparov bunu hakimiyyət tərəfindən təqib edilmək təhlükəsiylə əlaqələndirmişdi.

New-York-da yaşayan şahmatçının həmçinin Xorvatiyada evi var. O. 2014-cü ildə Xorvatiya vətəndaşlığını alıb.

Kasparov 1963-cü ildə Bakıda doğulub.

Əlaqəli mövzular

Bu barədə daha geniş