Şəkillərdə: 2017 Galapagos Conservation Trust fotomüsabiqəsi

Qalapaqos Adalarının müxtəlif güşələrində çəkilmiş və canlı təbiəti əks etdirən fotomüsabiqənin qalibləri elan olunub.

A storm petrel walking on water Fotonun müəllifi McKenna Paulley/ Galapagos Conservation Trust
Image caption Bu ilki fotomüsabiqənin qalibi McKenna Paulley elan olunub. O, suyun üzərində, göründüyü kimi, yem axtara-axtara yeriyən fırtına quşunu lentə alıb. Şəkil Fernandina adası sahil zonasında çəkilib.
A swallow-tailed gull in flight Fotonun müəllifi Carlos Cuenca Solana / GCT
Image caption Fotomüsabiqədə Heyvanların Davranışı, Botanika, Landşaft, Arxipelaqda İnsan və Heyvan Portreti kateqoriyalarında keçirilib. Qalapaqos qağayasının fotosuna görə Carlos Cuenca Solana sonuncu kateqoriyanın qalibi çıxıb, ümumi yarışda isə ikinci yerə layiq görülüb.
A stranded ship on the shore of San Cristobal Island Fotonun müəllifi Andres Eduardo Paredes Buenaño/ GCT
Image caption Nə vaxtdansa San Cristobal adasında sahilə çırpılıb qalmış Siempre Angelito VI adlı gəmi. Fotoqraf Andres Buenano-nu təsirləndirən, zamanın, gəminin zahiri görünüşünü necə dəyişdirdiyi olub. Onun çəkdiyi bu şəkil Arxipelaqda İnsan kateqoriyasında birincilik qazanıb.
A great blue heron catching a sea turtle hatchling Fotonun müəllifi Ivan Dario Vasquezala/ GCT
Image caption Ivan Dario Vasquezala bu fotonu Floreana adasında çəkib. Böyük mavi vağ, yumurtadan təzə çıxmış tısbağa balasını dimdiyinə keçirib. Bu şəkil Heyvanların Davranışı kateqoriyasında birincilik qazanıb.
Galapagos mockingbird feeding its chick Fotonun müəllifi James Robins/ Galapagos Conservation Trust
Image caption Qalapaqos Alaycı quşu, balasına yem verdiyi anda çəkilib. Fotoqraf James Robins Heywon bu fotoşəkilə görə Heyvanların Davranışı kateqoriyasında ikinci yerə layiq görülüb.
A land iguana among grass Fotonun müəllifi Sheri Vandermolen/ Galapagos Conservation Trust
Image caption Yer iquanası. Bu şəkil Sheri Vandermolen tərəfindən Cənubi Plaza adasında çəkilib. Foto Heyvan Portreti kateqoriyasında ikinci yeri tutub.
The evening sun catching the spines of a prickly pear cactus on South Plaza Island Fotonun müəllifi Eric Williams/ Galapagos Conservation Trust
Image caption Eric Williams, Botanika kateqoriyasında iynəli armud kaktusu fotosu ilə birincilik qazanıb. Şəkil Cənubi Plaza adasında çəkilib.
Scalesia trees on Santa Cruz Island Fotonun müəllifi Nicole Aherron/ Galapagos Conservation Trust
Image caption Scaleziya və ya qızçiçəyi ağacı Qalapaqos adalarındakı müxtəlif vegetativ zonalara asanlıqla uyğunlaşa bilir. Botanika kateqoriyasında ikinci yeri tutan bu foto Santa Cruz adasında Nicole Aherron tərəfindən çəkilib.
An image of Leon Dormido, or Kicker Rock, taken from Cerro Brujo Fotonun müəllifi Eric Williams/ Galapagos Conservation Trust
Image caption Landşaft kateqoriyasında birincilik qazanan foto - Leon Dormido və ya Dik Qaya. Bu şəkil San Cristobal adasında Cerro Brujo çimərliyində Eric Williams tərəfindən çəkilib.
A peaceful morning at Mosquera Islet, near Santa Cruz Island, with the Sally Lightfoot crabs Fotonun müəllifi Charlotte Brett/ Galapagos Conservation Trust
Image caption Mosquera adasında səhər təzəcə açılan vaxt çəkilmiş şəkil. Lava qayalarında Sally Lightfoot krabları görünür. Charlotte Brett tərəfindən çəkilən bu şəkil Landşaft kateqoriyasında ikinci yeri tutub.
A marine iguana sunbathing in Isabela Fotonun müəllifi Carlos Cuenca Solana/ Galapagos Conservation Trust
Image caption Dəniz iquanası Isabela adasında. Arxipelaqda İnsan kateqoriyasında Carlos Cuenca Solan tərəfindən çəkilmiş bu foto ikinci yerə layiq görülüb.

Əlaqəli mövzular

Bu barədə daha geniş