Rusiya Qazaxıstana göl verdiyini təkzib edir

Lake Sladkoye, on Kazakh-Russian border Fotonun müəllifi Kazakh Embassy in Moscow
Image caption Sladkoye gölü turistlər arasında populyar istirahət ərazisi sayılır

Rusiya rəsmiləri turistlər arasında populyar olan Sibir gölünün qonşu Qazaxıstana verildiyi barədə xəbərləri təkzib edib.

Moskovskiy Komsomolets qəzetinin yazdığına görə, Sladkoye gölünün dövlətlərarası sərhəd xəttinin arxasında qalması barədə xəbər ictimaiyyətin etirazına səbəb olub.

Novosibirsk vilayətinin qanunverici məclisi bu qəbildən olan xəbərləri təkzib edib.

"Boş söhbətlərdi", - məclis sədrinin müavini Andrei Panferov bildirib.

Dolaşıqlıq, Kupino rayon şurasının, sərhəd xəttinin demarkasiyası ilə bağlı işlər bitənədək, göldən kənar durmaq barədə xahişi olub.

Camaat elə bilib ki, göstərişini sərhəd xəttinin çəkilməsini nəzərdə tutur, Andrei Panferov bildirib.

Kupino şurasının sədri Vladimir Şubnikov bu həftənin əvvəlində NGS Novosti qəzetinə bildirmişdi ki, "Sladkoye bataqlıq kimi bir yerdir və faydasızdır. Qazaxstana bu gölü vermək vəziyyətdən ən yaxşı çıxış yolu ola bilər".

Fotonun müəllifi Google Maps
Image caption Göl quruyub daraldığından, onun böyük hissəsi Qazaxıtan ərazisində alıb

Bu arada Kupino şurasının vebsaytında yerləşdirilmiş bəyanatda göstərilmişdi ki, demarkasiya işləri başa çatandan sonra Sladkoye gölü tamamilə Qazaxıstan ərazisində qalacaq.

Həmin bəyanat şuranın vebsaytından sonradan yoxa çıxsa da, onun surəti qalır, Kommersant nəşri bildirib.

Qazaxıstanın Moskvadakı səfirliyi gölün eləə olduöu yerdə qalacağını təsdiqləyərək, Rusiya ilə birgə demarkasiya işlərinin davam etdiyini vurğulayıb.

Rusiya Sərhəd Xidməti RİA Novosti agentliyinə bildirib ki, quruyan gölün sahəsi daralıb, və beləliklə, hazırda sərhəd xətti gölün Rusiya hissəsindəki sahil xətti ilə üst-üstə düşüb, nəticədə isə, daralmış göl Qazaxıstan ərazisində qalıb.

Rusiya Təbii Sərvətlər və Ekologiya naziri Sergey Donskoy Facebook səhifəsində bildirib ki, yazda yağıntı bol olanda göl dolacaq, sahəsi genişlənəcək, bu isə o deməkdir ki, həmin su hövzəsinin bir hissəsi, sahil xəttinin müvafiq hissəsilə bərabər Rusiya ərazisində qalmaqda davam edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş