Obama-nın tolerantlıq barədə şərhi Twitter-in tarixində ən populyar tvit olub

дети разных рас Fotonun müəllifi Getty Images
Image caption Şəkil, 2011-ci ildə Barack Obama Bethesda şəhərində bağçalara səfər edərkən çəkilib

ABŞ-ın sabiq prezidenti Barack Obama-nın tolerantlıq barədə şərhi Twitter tarixində ən populyar tvit olub.

Cənab Obamanın yazdığı üç ardıcıl tvitdən birincisində, o, Nelson Mandela-nın sitatını yerləşdirib: "Heç kəs kiməsə dərisinin rəngi, dini və ya tarixinə görə nifrət edərək dünyaya gəlmir..."

Tvitlə paylaşdığı şəkildə Obama bayırdan bir pəncərədə onu maraqla izləyən asiyalı, qara və ağ dərili körpə uşaqlara baxır.

Avqustun 12-də Charlottesville şəhərində irqçi ifrat sağçılar və onlara qarşı toplanan antietirazçılar arasında qarşıdurmanın baş verdiyi gün paylaşılan tvit indiyədək 3 milyona yaxın bəyənilib.

Twitter şəbəkəsinin rəsmiləri BBC-ə bildiriblər ki, bu tvit tarixi rekordu Bakı vaxtı ilə saat 04:17-də qırıb.

Fotonun müəllifi Twitter

Bundan əvvəl ən populyar tvit, amerikalı ifacı Ariana Grande-ə məxsus olub. Bu tvit onun konsertinə gələnləri hədəfləyən Manchester hücumunun qurbanlarına başsağlığı olub.

Avqustun 12-də paylaşdığı üç tvitdə, Barack Obama Nelson Mandelanın "Azadlığa uzun yol" adlı avtobioqrafiyasından sitatlar paylaşıb: "İnsanlar nifrət etməyi öyrənirlər və onlar nifrət etməyi öyrənə bilirlərsə, bu o deməkdir ki, onlara sevgini də öyrətmək olar. Çünki sevgi insan ürəyi üçün nifrətdən təbiidir."

Obamanın paylaşdığı şəkli 2011-ci ildə keçmiş prezidentin Maryland ştatının Bethesda şəhərində bağçaya səfər edərkən çəkən fotoqraf Ağ Evin rəsmi fotoqrafı Pete Souzadır.

Bu barədə daha geniş