Qalapaqos: Nəsli tükənməkdə olan köpəkbalığını "ovlayanlar saxlanılıb"

Ekvador nümayəndələri ələ keçirdikləri gəmidən bu görüntüləri yayınlayıblar Fotonun müəllifi EPA
Image caption Ekvador nümayəndələri ələ keçirdikləri gəmidən bu görüntüləri yayınlayıblar

Qalapaqos adalarında nəsli tükənməkdə olan köpəkbalıqlarını ovlamaqda şübhəli bilinən Çin gəmisinin heyəti Ekvador hakimiyyəti tərəfindən saxlanılıb.

Fu Yuan Yu Leng 999 adlı gəmi Ekvadorun nəzarətində olan Qalapaqos Adalarının dəniz qoruğunda saxlanılıb. Gəmidə 300 ton balıq aşkar edilib.

Onlar arasında qorunan çəkic köpəkbalığı kimi növlərin olduğu deyilir. Təqribən 20 nəfərdən ibarət heyət üzvünə qorunan növlərin qaçaqmalçılığı ilə bağlı ittiham irəli sürülərsə onlara 3 ilədək həbs cəzası kəsilə bilər.

Qalapaqos Adaları zəngin bioloji müxtəlifliyinə görə, UNESCO tərəfindən dünya irsinə aid edilib.

Ekvadorun ekologiya naziri Tarsicio Granizo şübhəli şəxslərin həbsdə qalacağını deyib.

Fotonun müəllifi EPA
Image caption Gəmidəki köpək balıqları

Fransanın AFP agentliyinə müsahibə verən nazir "Bütün bu balıqlar dəniz qoruma sahəsində ovlanmamamış ola bilər, amma aralarında balaca, hətta körpə köpək balıqlarının olması onların qoruma sahəsində ovlandığı ehtimalını artırır" deyib.

Qalapaqos Beynəlxalq Parkının direktoru Walter Bustos isə gəminin Qalapaqos dəniz qoruma sahəsində bu günə qədər yaxalanan ən böyük gəmi olduğunu açıqlayıb.

2015-ci ildə Ekvadorda 200 min köpək balığı üzgəci ələ keçirilmişdi. Köpək balığı üzgəcləri Çin mətbəxinin sevilən yeməyi hesab edilir. Lakin Çindən gələn bu tələb, köpək balıqlarının nəslini tükədə biləcəyi üçün tənqid edilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş