Daniel Craig bir daha James Bond filmində qəhrəman roluna qayıdır

Daniel Craig Fotonun müəllifi Getty Images

Aylarla çəkən spekulyasiyalardan sonra, Daniel Craig növbəti James Bond filmində qəhrəman roluna sonuncu dəfə qayıdacağını deyib.

49 yaşlı Britaniyalı aktyor, bunu ABŞ-ın The Late Show verilişində suala cavabında deyib.

"Bəli", Daniel Craig, verilişin aparıcısı Stephen Colbert-ə deyib və ayağa qalxaraq onunla əl sıxıb.

Son dörd Bond filmlərində 007 agentini oynayan aktyor, indiyədək rola qayıdıb-qayıtmayacağını bildirməmişdi.

Fotonun müəllifi MGM Pictures/Columbia Pictures/EON

Lakin verilişdə, o, bir daha James Bond rolunu oynacağını artıq "bir neçə aydır" ki, bildiyini deyib.

"Biz bunu müzakirə edirdik. Sadəcə bəzi şeyləri müəyyənləşdirməyə çalışırdıq", o, deyib.

Növbəti və indiyədək 25-ci Bond filminin buraxılışı 2019-cu ilin noyabr ayı üçün nəzərdə tutulub.

Fotonun müəllifi Getty Images

O, bu filmlə sonuncu dəfə James Bond rolunu oynayacağını qeyd edib.

"Mən sadəcə [rolu] unudulmaz şəkildə tərk etmək istəyirəm və bunu səbirsizliklə gözləyirəm".

Fotonun müəllifi MGM Pictures/Columbia Pictures/EON

2015-ci ildə, sonuncu James Bond filminin çəkilişinin yekunundan bir neçə gün sonra verdiyi müsahibədə, o, demişdi ki, beşinci dəfə James Bond filmində olmaqdansa "öz biləklərimi doğrayaram".

Bu sözlərinə görə tənqid edilən aktyor daha sonra üzr istəmişdi.

Danie Craig, James Bond filmlərinin tarixində, qəhrəman 007 casusunu oynayan 7-ci aktyordur.

Fotonun müəllifi Getty Images
Image caption Daniel Craig-dən əvvəl, James Bond rolunu Pierce Brosnan oynayıb

İlk dəfə bu rolu şotlandlı ulduz Sean Connery 1962-ci ildən etibarən yeddi dəfə oynayıb. Onun bu rolda çəkildiyi son film, 1983-cü ildə buraxılan "Never Say Never Again" (Heç Vaxt Heç Vaxt Demə) filmi olub.

Roger Moore da 1973 və 1985-ci illər arasında yeddi James Bond filmində qəhrəman rolunu oynayıb.

1960-cı illərdə David Niven və George Lazenby James Bond rolunu bir dəfə oynayıblar. Timothy Dalton isə Britaniyalı casusun rolunu 1980-cı illərdə iki filmdə oynayıb.

Timothy Dalton-dan sonra Pierce Brosnan James Bond rolunu dörd dəfə oynayıb və 2006-cı ildə Casino Royale filminin buraxılışı ilə, Daniel Craig onu əvəzləyib.

Bundan sonra Daniel Craig "Quantum of Solace (2008), Skyfall (2012) və Specte (2015) filmlərində James Bond rolunu oynayıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş