Britaniyada porno saytlara yaş məhdudiyyəti qoyulur

porno sitelerine yaş sınırı Fotonun müəllifi SCIENCE PHOTO LIBRARY

Böyük Britaniya hökuməti 2018-ci ildən etibarən porno saytlara daxil olan insanların ən az 18 yaşında olduqlarını təsdiq etmələrini tələb edəcək.

Aprel ayına qədər porno saytların yaş təsdiqləmə nəzarətlərini saytlara yerləşdiməsi lazımdır.

Beləliklə, bu yolla internetin uşaqlar üçün daha etibarlı vəziyyətə gətirilməsi nəzərdə tutulub.

İstifadəçilərdən qumar saytlarında olduğu kimi, kredit kartının xırdalıqlarına kimi məlumatlar da tələb olunacaq.

Britaniyanın Rəqəmsal İqtisadi Qanununa riayət etməyən şirkətlərin saytlarına giriş bloklanacaq.

Hökumətin planına görə, porno saytlarına ödəniş və digər sahədə xidmət göstərən şirkətlər də pozuntulardan xəbərdar ediləcək.

Yeni qanuna əməl olunub-olunmadığı isə bir təşkilat tərəfindən yoxlanılacaq.

Bu vəzifənin icrasının hələ də filmlər və kompüter oyunları üçün yaş həddini təyin edən Britaniya Film Standartlaşdırma Təşkilatına veriləcəyi gözlənilir.

Rəqəmsal və Mədəniyyət dövlət naziri Matt Hancock bu gün İcmalar Palatasında yazılı bir bildirşlə bu işi başladacaq.

Hancock açıqlamasında deyib: "Bu göstərir ki, Britaniya internetdəki müstəqillikdən faydalanarkən dünyadakı ən güclü uşaqların internetdə müdafiə tədbirlərinə sahib olacaq."

"Uşaqların yarıdan çoxu porno seyr edir"

Britaniyadakı Childnet uşaqları müdafiə qrupunun nümayəndəsi Will Gardner isə "Valideynlərin nəzarəti ilə yanaşı bır sıra girişləri məhdudlaşdıran bu cür addımlar çox əhəmiyyətlidir" deyib.

Britaniyadakı NSPCC uşaqları müdafiə təşkilatının 2016-cı ildəkı hesabatı internetdəki pornoqrafiyanın uşaq inkişafına və qərar alma mexanizminə mənfi təsir etdiyini ortaya qoymuşdu.

Hesabata görə, 15-16 yaşlarında gənclərin 65 faizi, 11-16 yaşlarındakı uşaqların 48 faizi porno izləyib.

Hesabatda həmçinin bildirilir ki, uşaqların 28 faizi internetdə olarkən pornoqrafiya ilə rastlaşdığını, 19 faizi isə qəsdən pornoqrafiya axtardığını deyib.

Bu barədə daha geniş