"Tiffany" üzükləri Costco şirkətinə baha başa gəlib

Tiffany diamond ring and bracelet Fotonun müəllifi AFP

ABŞ məhkəməsi, topdansatış mağazası Costco-nu satdığı "Tiffany" nişan üzüklərilə zərgərlik şirkəti Tiffany-nin əmtəə nişanını pozduğuna qərar verib və buna görə şirkətə 19,4 milyon dollar ödəməsini tələb edib.

Bu qərar, 2013-cü ildən başlayan uzun mübahisənin növbəti mərhələsidir.

Costco, qərara qarşı apelyasiya şikayəti təqdim edəcək. Şirkət, "Tiffany" adının artıq bu cür nişan üzüklərini təsvir etmək üçün istifadə edilən ümumi bir ad olduğunda israr edir.

Lakin məhkəmə Costco-ya bundan sonra üzükləri "Tiffany üslubunda" təsvir etmək göstərişini verib.

Bu üzüklərin ortasında altı dişlə saxlanan böyük bir almaz daşı olur.

Costco təxminən 2,500 "Tiffany" adlandırdığı, lakin Tiffany şirkəti tərəfindən hazırlanmayan üzükləri satıb.

2016-cı ilin oktyabr ayında verilən başqa bir məhkəmə qərarında, Costco-ya 5,5 milyon dollar dəyərində kompensasiya və 8,25 milyon dollar cəza olaraq ödəməsi əmri verilmişdi.

Lakin bazar ertəsi günü verilən yeni məhkəmə qərarında, kompensasiya məbləği 11,1 milyon dollara artırılıb.

Growling WLG hüquq şirkətindən Kate Swaine deyib: "2,500 məhsulun satışına görə bu kompensasiya məbləği həddindən artıq böyük görünə bilər, lakin [əmtəə nişanının] pozulmasının qəsdən edildiyi sübüt edilə bilərsə, xüsusilə də belə tanınmış brendlə, zərərçəkmişin cəzaverici ödəniş tələb etməyə hüququ var."

"Brend sahibləri bu qərarı yaxşı qarşılayacaqlar, çünki bu üçüncü partiyaların məhşur brendlərlərdən istifadə etmək cəhdlərilə üzləşdiyi riskləri göstərir", o, əlavə edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş