Hesabat: Suriyada kürd qüvvələrinə qoşulan britaniyalılar təhlükəlidirlər

Erik Scurfield Fotonun müəllifi Family handout
Image caption ID-də qarşı döyüşmək üçün YPG-yə qoşulduğunu deyən Eric Scurfield, Suriyada fəal olan ilk britaniyalılardan biri olub

Henry Jackson Cəmiyyəti (HJS) araşdırma mərkəzi cümə axşamı günü dərc etdiyi hesabatında Suriyada kürd Demokratik Birlik Partiyasının (PYD) silahlı qanadı - Xalq Müdafiə Birliklərinə (YPG) qoşularaq Suriyada döyüşən britaniyalıların Britaniya üçün təhlükə yaratdığını deyib.

Hesabatda həmçinin iddia edilir ki, YPG Türkiyədə ləğv olunmuş və Avropa İttifaqı tərəfindən teror təşkilatı siyahısına daxil edilən Kürdistan Fəhlə Partiyasının (PKK) bir qoludur.

"Unudulmuş Xarici Döyüşçülər: Suriyada PKK" adlı hesabatda HSJ Britaniya hökumətini PKK təbliğatına qarşı tədbirlər görməyə çağırır.

Hesabat bildirir ki, xaricdən Suriyaya gələrək YPG-yə qoşulan döyüşçülərin böyük qisminin təşkilatın PKK ilə əlaqəsi barədə məlumatı yoxdur. Digər döyüşçülər isə bunu bilir və bu onları şad edir, hesabatda deyilir.

2014-cü ildən indiyədək Britaniya daxil olmaqla, bir çox Qərb ölkələrindən gəlmiş yüzlərlə insan YPG-yə döyüşçü olaraq qoşulublar. YPG onlar üçün xüsusi YPG Beynəlxalq Batalyonu qurub.

HJS bildirir ki, indiyədək YPG-yə qoşulan yüzlərlə xarici döyüşçülərdən 29-u Suriyada həlak olub. Ölən 29 nəfər daxil olmaqla, hesabatda ən azı 12 ölkədən gəlmiş 60 nəfər barədə məlumat var.

Britaniyanın daxili işlər nazirliyi isə Suriya və İraqda döyüşməyə gedən vətəndaşların ölkəyə qayıtdığında təhlükəsizlik xidmətlərinin yoxlamasından keçdiklərini bildirir.


Həmçinin oxuyun:


"PKK, ona qarşı etiraz edən yüzlərlə insanı öldürüb"

PKK-nın tarixi barədə bölməsində, HJS bunu deyib:

"PKK 1978-ci ildə, kürd millətçiliyi və lideri Abdullah Öcalanın şəxsiyyəti ətrafında qurulmuş Marksist-Leninist təşkilat olaraq təsis edilib. PKK bu dövrün əksər hissəsini irəli sürdüyü idealar ətrafında monopoliya qurmaq niyyətilə digər kürd və solçu qruplara hücum edib və ona qarşı daxildən etiraz edən yüzlərlə insanı öldürüb."

Hesabat həmçinin xəbərdarlıq edir ki, xarici döyüşçülər silah və partlayıcılar üzrə təlimlərdən keçiblər və bu xarici döyüşçülərin qayıtdıqları ölkələr üçün təhlükə yarada bilər.

Fotonun müəllifi Reuters

Qərblilərin qoşulma səbəbləri

Xaricdən gələn döyüşçülərin bəziləri YPG-yə ideoloji səbəblərdən, digərləri isə pul qazanmağa və ya insan öldürmək istəklərini reallaşdırmağa qoşulublar, hesabat idda edir.

Hesabatın buraxılışında, onun müəllifi, Kyle Orton deyib ki, "PKK və YPG eynidir. YPG-ni dəstəkləyənlər terrora qarşı vuruşmaqdansa bir terror təşkilatına qarşı digər terror təşkilatını gücləndirirlər."

"Hökumət Britaniyalıların tələyə düşməmələri üçün dərhal hərəkət etməlidir", o, əlavə edib.

Təhqiqatçı hökuməti Suriyadan Britaniyaya qayıdan YPG döyüşçülərinin ciddi yoxlamadan keçirməyə çağırıb və insanlara təhlükə yaratmağına ehtimalı olanların diqqət mərkəzində saxlamağın vacib olduğunu deyib.

Ailələrin və kürd təşkilatlarının təkzibləri

Britaniyada fəaliyyət göstərən Kürdistan Dəstək Kampaniyası YPG-yə qoşulanların terrorçu olmadıqlarını deyib.

Təşkilatın yaydığı bəyanatda deyilib: "Onlar Britaniya xalqının müdafiə etdiyi dəyərlər üçün, demokratiya və müstəqillik üçün İD=ə (özünü İslam Dövləti adlandıran qruplaşma) qarşı döyüşürlər. YGP Britaniya və ABŞ-la koalisiyadadır."

"Kürdlər britaniyalıları Suriyaya İD-ə qarşı döyüşməyə dəvət etməsə də, çox sayda insan bura gəlir. Onlar qəhraman olaraq görünərkən, onlara bu yanlış məlumatlarla dolu hesabatdaki etiketlərverilməməlidir."

Bundan başqa, Suriyada YPG-lə qoşulduqdan sonra həlak olan britaniyalı kişinin atası hesabatın onu "dərindən incitdiyini" deyib.

Erik Scurfield-ın atası, Chris Scurfield hesabatın YGP-lə döyüşən britaniyalı könüllülərin ailələrinin qanını qaraltdığını bildirib.

O, oğlunun və digərlərinin YPG-ə İD-ə qarşı döyüşmək və dinc əhalini qorumaq üçün qoşulduğunu deyib.

Fotonun müəllifi Getty Images
Image caption YPG PKK ilə əlaqəsi olmadığını desə də, həlak olmuş YPG döyüşçülərinin yar mərasimləri və digər tədbirlərdə PKK lideri Abdullah Ocalanın şəkillərini görmək adi bir haldır

Təhlil

BBC-nin siyası müxbiri Emma Vardy

İD yüksəlişindən sonra əcnəbi döyüşçülər məsələsi Britaniya üçün əsas təhlükəsizlik və siyasi məsələ halını alıb.

İD-yə qarşı döyüşmək üçün YPG-yə qoşulan britaniyalılar özlərini 1930-cu ildə faşizmə qarşı vuruşmaq üçün İspaniyanın vətəndaş müharibəsinə qatılmağa gedən britaniyalılara bənzıdirlər.

Rəsmilər britaniyalıları döyüşmək üçün hansısa bir qrupa qoşulmamaları barədə xəbərdarlıq etsələr də, YPG nəzdində döyüşdüyü üçün tək bir şəxs belə cəzalandırılmayıb.

Britaniya hökuməti YPG və PKK-nı iki ayrı qrup olaraq qəbul edir.

Qərb ölkələri YPG-ni İD-ə qarşı mübarizədə mühüm bir müttəfiq kimi qiymətləndirir.

Lakin hazırda polis və Kral Prokruroqluq Xidməti YPG-lə döyüçüb qayıdan britaniyalılara qarşı ittihamların irəli sürülüb-sürülməməsini qərarının fərdi qaydada hər şəxsi ayrıca nəzərdən keçirdikdən sonra verir.

YPG-yə qoşulmağa gedənlərin bir qismi bunu humanistlikdən etdiklərini, bir qismi isə kürdlərin solçu ideologiyalarından təsirləndiklərini söyləyir.


Henry Jackson Cəmiyyəti barədə

Adını amerikalı demokrat senator Henry Jackson-dan alan London mərkəzli ictimai cəmiyyət özünü "liberal demokratiyanın müdafiəçisi" kimi təqdim edir. Qərb ölkələrinin güclü orduya sahib olduğunu müdafiə edir və yalnızca "müasir liberal demokrat" dövlətlərin qanunu olduğunu irəli sürür.

Henry Jackson Cəmiyətinin üzvləri və dəstəkləyənləri arasında ABŞ, Almaniya, İsrail kimi ölkələrdən olan siyasətçilər, jurnalistlər, təhülkəsizlik nümayəndələri və tədqiqatçılar da var.

Cəmiyyətin prinsipləri altına imza atanlar arasında Britaniyadakı Mühafizəkar Partiyanın aparıcı siyasətçilərindən, keçmiş təhsil və ədliyyə naziri, Britaniya Mühit, Qida və Rayon işləri naziri Michael Gove, Wall Street Journal-nın yazı işləri redaktoru Geard Baker və Britaniya Parlamentinin Müdafiə Komitəsinin xüsusi müşaviri Paul Beaver də var.

Cəmiyyət ötən il Türkiyə ilə bağlı bir hesabat dərc etmişdi.

Hesabatda Türkiyənin Suriyada sərhədləri müəyyən olunmuş bir PKK varlığını qəbul etməyin lazım olduğunu, Türkiyə və Qərbin münasibətlərinin pisləşəcəyi təqdirdə, buradakı "hərbi bazaların Kipr və İraq Kürdüstanına daşına biləcəyini" və beləliklə Ankaranın bu bazaları Qərbə qarşı bir vasitə olaraq istifadə etməsinin qarşısının alına biləcəyini bildirmişdi.

Hesbatın müəllifi Kyle Orton bundan əvvəl hazırladığı bir hesabatda Türkiyənin 15 iyul hadisələrindən sonra ölkə daxilində həyata keçirdiyi əməliyyatları və Suriyaya müdaxiləsini tənqid etmişdi. Türkiyənin Suriyadakı cihadçı və islamçı qrupları dəstəklədiyi ifadə edilmişdi.

Bu barədə daha geniş