Əfqanıstanın qadın müğənnisi bu videoya görə qalmaqala səbəb olub

Aryana Sayeed Fotonun müəllifi Aryana Sayeed/Facebook
Image caption Aryana Seyid Facebook-da

Əfqan müğənni, bəstəkar və TV aparıcısı Aryana Seyid 19 avqustda keçiriləcək Əfqanıstanın Müstəqillik Günü konsert proqramında çıxış edəcək, lakin heç də hər kəs məmnun deyil.

Mühafizəkar cəmiyyət olan Əfqanıstanda qadınlar nə yeyib-geyinməyəcəkləri ilə bağlı məhdudiyyətlərlə üzləşirlər.

Qərb geyimləri və başın açıq olması bir çoxları tərəfindən milli mentalitetə zidd sayılır.

Qadın hüquqları ilə bağlı təşviqat aparan Aryana Facebookda səkkiz dəqiqəlik video paylaşıb. Videoya olan şərhlər həm qəzəb, həm də dəstək ifadə edib.

2 milyona yaxın izləyicisi olan ifaçıının videosu ilk gündəcə 100 mindən çox izlənib.

Fotonun müəllifi Aryana Sayeed
Image caption "Əfqanıstan Müstəqillik Günü konsertinə hazırlıq davam edir"

Bəziləri onu tərifləyərək uğurlar arzulasalar da, digərləri onu təhqir edib və konsert vaxtı "partlayış" törətməklə hədələyiblər.

"Biz sizi dəstəkləyirik. Konsertiniz pis insanların üzünə şapalaqdır", Facebook istifadəçisi Omid Ahmadi yazib.

Bir çoxları onunla razılaşaraq, ifaçıya uğurlar arzulayıblar, Zenat Amiri də onlardan biridir: "Ümid edirəm, Allah qoysa, konsertiniz salamat keçəcək. Allah amanında".

Sahil Seerat yazib: "Bu əslində konsert deyil, azadlıq və ədalət uğrunda və zorakılıq, despotizm və qaranlığa qarşı mübarizədir".

Lakin ifaçının bəzi rəqibləri onu "minlərlə insanı çaşdırmaqda" ittiham ediblər.

Bəzi istifadəçilər isə konsertdə sui-qəsd törədə biləcəklərini yazaraq ona "nifrət" olunduğunu bildiriblər.

Fotonun müəllifi Aryana Sayeed/Facebook
Image caption Aryana Seyid konsertin baş tutacağını bildirib.

Konsertin təxirə salınacağı ilə bağlı ehtimallar olsa da, Aryana Facebook vasitəsilə bu söz-söhbəti rədd edib.

İfaçı Əfqanıstanda birlik istədiyini və vətənpərvərliyini ifadə edib və əlavə edib ki, konsertdən gələn gəlirlər müharibədən əziyyət çəkən insanlara veriləcək.

Bu ilk dəfə deyil ki, Aryana qalmaqala səbəb olur. May ayında o, din xadimləri və ictimaiyyət nümayəndələrinin tənqidlərindən sonra əfqan milli mentalitetinə zidd və qeyri-islami adlandırılan paltarını konsert zamanı yandırıb.

Onun İnstagram-da 257 min izləyicisi var. Orada Aryana, geyimlərinin və makiyajının şəkillərini paylaşır.

Fotonun müəllifi Aryana Sayeed/Facebook
Image caption Aryana Facebook və İnstagram vasitəsilə selfilər paylaşıb

BBC Monitoring xəbəri.

Əlaqəli mövzular

Bu barədə daha geniş