Barselona avtomobil hücumu: sükan arxasında olan şəxs axtarılır

Younes Abouyaaqoub Fotonun müəllifi AFP/Getty
Image caption 22 yaşlı Abouyaaqoub-un hücum vaxtı sükan arxasında olduğu güman edilir.

Cümə axşamı günü Barselona şəhərində 13 nəfərin ölümünə səbəb olmuş avtomobilin istifadəsilə hücum vaxtı sükan arxasında olan şəxs axtarılır, İspaniya polisi bildirir. Mətbuatda sürücünün Mərakeş əsilli Younes Abouyaaqoub-un olduğu güman edilir.

Daha əvvəl əsas şübhəli kimi axtarışda olan 17 yaşlı Moussa Oukabir-in Kambrils şəhərindəki hücumdan sonra polis tərəfindən qətlə yetirilmiş 5 nəfərdən biri olduğu təsdiqlənib.

Polisə əsasən daha miqyaslı basqınlar nəzərdə tutulurmuş. Lakin çərşənbə günü Alkanar şəhərində baş verən təsadüfi partlayış şübhəliləri bomba hazırlamaq imkanından məhrum edib.

Bundan sonra avtomobilin istifadəsilə həmlələr həyata keçirilib.

Cümə axşamı günü Barselonanın Las Ramblas turist ərazisində sürətlə hərəkət edən avtomobil insanların üstünə sürülüb. Hücum nəticəsində 13 nəfər həlak olub, onlarla insan xəsarət alıb.

Bundan sonra Barselonadan cənuba doğru yerləşən Kambrils şəhərində daha bir hücuma cəhd edilib. Lakin polis atəşilə cihadçı olmaqda şübhəli bilinən 5 nəfər öldürülüb.

Məlumata əsasən 22 yaşlı Younes Abouyaaqoub-un Barselonadan şimalda yerləşən Ripoll şəhərində mənzillənirmiş.

Ripoll-da keçirilən polis əməliyyatında üç nəfərin saxlanıldığı xəbər verilir. Daha bir şəxs isə Alkanarda saxlanılıb.

Özünü İslam Dövləti adlandıran qruplaşma Las Ramblas hücumuna görə məsuliyyəti üzərinə götürüb.


İndiyədək öldürülən, saxlanılan və axtarışda olan şəxslər:

  • Öldürülən şəxslər: Kambrils şəhərində polis atəşilə qətlə yetirilən 5 şübhəli - 17 yaşlı Moussa Oukabir, 18 yaşlı Said Aallaa, 24 yaşlı Mohamed Hychami və adı çəkilməyən daha iki şəxs.
  • Saxlanılanlar: Ripoll şəhərində - Driss Oukabir, Sahal el-Karib və Mohammed Aallaa. Çərşənbə günü baş verən partlayışdan sonra daha bir nəfər Alkanar şəhərində tutulub.
  • Axtarışda olan: Younes Abouyaaqoub-un, Las Ramblas hücumunda sürücü olduğu iddia edilir.

Bu barədə daha geniş