72 il əvvəl batmış ABŞ hərbi gəmisinin qalıqları tapılıb

This 1937 image released by the US Navy shows the Portland-class heavy cruiser USS Indianapolis in Pearl Harbour in 1937 Fotonun müəllifi AFP
Image caption Indianapolis döyüş gəmisi Pearl Harbor hərbi bazasında - 1937-ci il

İkinci Dünya müharibəsi dövründə batırılmış ABŞ-ın Indianapolis döyüş gəmisinin qalıqları 72 ildən sonra Sakit okeanda tapılıb.

ABŞ hərbi gəmisi 1945-ci il iyulun 30-da Filippin dənizində, Guam və Leyte adaları arasında, Yaponiya sualtı qayığı tərəfindən vurulub batırılmışdı.

Gəminin qalıqları Sakit okeanın dibində 5.5 km dərinlikdə aşkar olunub.

Indianapolis gəmisi gizli əməliyyat çərçivəsində ABŞ hərbi bazasına atom bombası komponentləri və zənginləşdirilmiş uranı çatdırdıqdan sonra, geri dönərkən vurulmuşdu.

Fotonun müəllifi Paul G Allen
Image caption Qalıqlardan bəzilərinin üzərində gəminin adı yazılıb

Tinian adasında yerləşən ABŞ hərbi bazasına İndianapolis-in çatdırdığı komponentlərdən yığılmış atom bombası 1945-ci il avqustun 6-da Yaponiyanın Hiroşima şəhərinə atılmışdı.

Vurulduğu zaman gəmidə 1196 nəfər heyət üzvü olub.

Gəmi sürətlə batdığından heyət üzvlərindən yalnız 316 nəfəri xilas oluna bilib.

Bu, ABŞ Donanması tarixində ölənlərin sayına görə ən böyük itki hesab olunur.

Idianapolis gəmisinin axtarışı üzrə yaradılmış qrupa Microsoft şirkətinin həmtəsisçisi Paul Allen başçılıq edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş