İspaniyada saxlanılan yazıçı Doğan Akhanlı şərti azadlığa buraxılıb

Doğan Akhanlı Fotonun müəllifi DPA
Image caption Doğan Akhanlı Türkiyə hökümətini tənqid edən yazıçılardandır

İspaniyada həbs olunan Türkiyə hökumətinin tanınmış tənqidçisi şərti azadlığa buraxılıb.

Türk əsilli alman yazıçısı Doğan Akhanlı, Türkiyədə insan hüquqlarının durumu barədə geniş yazıların müəllifidir.

Hazırda onun daimi yaşayış yeri Almaniyadır.

Yazıçının həbsi Almaniyada siyasi motivli addım kimi qiymətləndirilib.

Almaniya səfirliyi yazıçının deportasiya edilməsi əleyhinə olduğunu bildirib.

Vəkilinin qeyd etdiyinə görə, Doğan Akhanlı paytaxt Madridi tərk etməmək şərti ilə azadlığa buraxılıb.

Xəbərlərə görə, Doğan Akhanlı tətilini keçirdiyi Qranada şəhərində şənbə günü saxlanılıb.

Onun həbsi ekstradisiyanı da nəzərdə tutan, İnterpol-un "qırmızı vərəqəsi" əsasında həyata keçirilimişdi.

60 yaşlı yazıçı, o cümlədən, 2007-ci ildə Türkiyənin erməni əsilli jurnalisti Hrant Dinkin öldürülməsi və 1915-ci il hadisələri barədə yazıların da müəllifidir.

Əlaqəli mövzular

Bu barədə daha geniş