Merkel: "Erdoğanın belə bir şey etməsi qəbul edilə bilməz"

Angela Markel Fotonun müəllifi AFP

Kansler Angela Merkel, Türkiyənin Beynəlxalq Polis Təşkilatından (İnterpol) istifadə edərək Almaniya vətəndaşı olan yazar Doğan Akhanlı-nın İspaniyada saxlanılmasını tənqid edib.

"Bu edilən düzgün deyil və İspaniya Akhanlı-nı sərbəst buraxdığı üçün çox xoşbəxtəm" deyən Merkel sözlərinə belə davam edib:

"İnterpol kimi beynəlxalq təşkilatlar bu cür məqsədlər üçün sui-istifadə edilməməlidir."

"Doğan Akhanlı, təəssüf ki, çoxsaylı haldan yalnız biridir. Məhz buna görə qısa müddət əvvəl Ankara siyasətimizi böyük həcmdə dəyişdirdik."

"Erdoğan-ın belə bir şey etməsi qəbul edilə bilməz."

Türkiyənin İnterpol üzərindən qırmızı bülleten çıxarmasından sonra Doğan Akhanlı İspaniyanın Qranada şəhərində qaldığı oteldə saxlanılıb və Almaniya XİN-in müdaxiləsindən sonra 20 avqustda şərti azadlığa buraxılıb.

Bu barədə daha geniş