Hindu-müsəlman gərginliyində inək amili
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Hindistan: Hindu-müsəlman gərginliyində inək amili

Hindistanda Hindu çoxluğu və çoxsaylı müsəlman azlığı arasında gərginlik artır.

Gərginliyə səbəb inəklərin ət üçün kəsilməsidir.

Müsəlmanlar mal əti yeyir, inək isə Hindular üçün müqəddəs bir heyvan sayılır və ona ana fiqur kimi rəğbət bəslənilir.

Hindular inəkləri qorumaq üçün tərəfdarları ilə küçələrdə keşik çəkir.

Narendra Modi hakimiyyətə gəldikdən sonra inək keşikçiləri ölkədə xeyli fəallaşıb və inəyə görə qətllər törədilib.