Barselona hücumu: şübhəli şəxsin axtarışı zamanı bir nəfər öldürülüb

Police patrolling on Las Ramblas in Barcelona, 21 August 2017 Fotonun müəllifi Reuters

Barselonada hücuma görə şübhəli şəxsi axtaran polis bir nəfəri atəş açaraq öldürüb, yerli mətbuat yazır.

Atışmanın şəhərin Subirats bölgəsində baş verdiyi deyilir.

Bundan əvvəl polis 22 yaşlı Younes Abouyaaqoub-u axtardığını təsdiqləyib. O, Las Ramblas ərazisində furqonu insanların üzərinə sürməkdə şübhəli bilinir.

İspaniya mediası xəbər verir ki, qətlə yetirilən şəxs Abouyaaqoub-dur. Lakin polis hələ bu məlumatı təsdiqləməyib.

Media polisə istinadən xəbər verir ki, bombalı jilet geyinmiş şəxs öldürülmədən əvvəl "Allahu Əkbər" qışqırıb.

Cümə axşamı baş vermiş hücum zamanı 13 nəfər həlak olub. Hücuma görə axtarışların davam etdiyi deyilir.

Bu barədə daha geniş