Polis Barselona hücumunda şübhəlini öldürüb

Roadblock near the scene of the operation carried out by police on 21 August following the previous week's Barcelona van attack, Fotonun müəllifi AFP

İspaniya polisinin 21 avqustda güllələdiyi şəxs Barselonadakı hücumda şübhəli bilinən Younes Abouyaaqoub olub.

Polis hesab edir ki, o, Las Ramblas prospektində sürətlə gedərək 13 nəfərin ölümünə və 100-dən çox insanın yaralanmasına səbəb olmuş furqon sürücüsü idi.

Polis onlara gələn bir məlumatdan sonra Barselonanın təxminən 40 kilometrliyində yerləşən əraziyə gedib.

Atəş açılmazdan öncə Abouyaaqoub-un saxta partlayıcı kəmər taxaraq "Allahu Əkbər" ("Allah Çox Böyükdür") qışqırdığı deyilir.

Polisə məlumat bir yanacaqdoldurma məntəqəsinin əməkdaşı tərəfindən verilib.

Həmin şəxs Abouyaaqoub-un üzüm bağlarında gizləndiyini görərək polisə zəng edib.

Atəş açıldıqdan sonra bomba zərərsizləşdirən əməkdaşlar robotla saxta partlayıcı kəməri öyrənməyə başlayıb. Bu isə öldürülən şəxsin mərakeşli Abouyaaqoub olmasının təsdiqlənməyi yubadıb.

Yerli sakinlər hadisə yerində 20-dək polis maşını və uçuşan helikopterlər gördüklərini deyiblər.

17 avqustdakı hadisəyə görə məsuliyyəti özünü İslam Dövləti adlandıran qruplaşma üzərinə götürüb.

Bu barədə daha geniş