Küçədə "Macarena rəqsi" oynayan uşaq sərbəst buraxılıb

Çocuğun 'Macarena' dansı yaptığı video binlerce kez paylaşıldı. Fotonun müəllifi TWITTER @ahmed
Image caption Küçədə şortik və köynəklə "Macarena" rəqsi edən uşağın videosu minlərlə insan tərəfindən paylaşılıb

Səudiyyə Ərəbistanı polisi küçədə "Macarena" rəqsi edən 14 yaşlı oğlan uşağını sərbəst buraxıb.

Daxili İşlər Nazirliyi bildirib ki, yeniyetmə "başqalarının və özünün həyatını təhlükəyə atacaq hər hansı hərəkət etməyəcəyinə" dair sənəd imzalayıb.

Məkkə şəhər polisi uşağı, onun videosu Twitter-də yayıldıqdan sonra həbs edib.

45 saniyə davam edən videoda uşaq Ciddə şəhərindəki izdihamlı bir küçədə maşınları dayandıraraq 1990-cı illərin xit mahnısı olan "Macarena" nın məhşur təqlidini nümayiş etdirir.

Video ilk dəfə ötən ilin iyul ayında yayınlanıb.

Səudiyyə rəsmiləri uşağın "xalq arasında uyğun olmayan davranışda" ittiham edildiyini açıqlayıb.

"Əxlaqsız" yoxsa "qəhrəman"?

Bu video ilə əlaqədar olaraq sosial şəbəkə istifadəçiləri ikiyə bölünmüş vəziyyətdədir.

Bəziləri uşağı "əxlaqsız" davranışda ittiham edir, bəziləri onu "qəhrəman" belə elan edib.

Səudiyyə Ərəbistanındakı qanunlardakı boşluqlar səbəbiylə uşaqların həbs olunması, ya da cəzalandırılması məsələləri məhkəmənin ixtiyarına verilir.

Ölkədə avqust ayında buna bənzər bir hadisə baş verib.

Taif şəhərindəki bir musiqi festivalında səhnəyə çıxaraq "dab rəqsi" oynayan şəxs həbs edilib.

"Dab" insanın əydiyi qolunun üzərinə başını qapadığı, sonra digər qolunu arxaya uzatdığı bir rəqs formasıdır.

Eyni zamanda narkotika mənasını verən "dab" Səudiyyənin səlahiyyətli nümayəndələri tərəfindən qadağan edilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş