Barcelona Neymardan Paris St-Germain klubuna keçidi üçün 8,5 milyon avro umur

Neymar Fotonun müəllifi EPA

İspaniyanın Barcelona futbol klubu, bu yaxınlarda Fransanın Paris St-Germain klununa transfer etmiş sabiq oyunçusu, futbol ulduzu Neymara qarşı 8.5 milyon avroluq məhkəmə iddiası qaldırıb.

Avqust ayında həm də Braziliya millisinin oyunçusu olan Neymar, Barcelona-dan Paris St-Germain klubuna dəyəri 222 milyon avro olan transfer edib.

Bu transferin baş tutması üçün Neymar ilk öncə Barcelona klubu ilə müqaviləsinin dəyərini özü ödəməli olmuşdu.

Barcelona klubu isə indi Neymardan, keçən ilin sonunda yeni beşillik kontrakt imzalanarkən klubdan aldığı bonusun geri qaytarılmasını istəyir.

"Klub, oyunçuya ödədiyi pulun geri qaytarılmasını istəyir, çünki müqavilə yerinə yetirilməyib", - Barcelona klubu bildirib.

Barcelona 8.5 milyon avronun qaytarılması ilə yanaşı, yubanmaya görə əlavə olaraq həmin məbləğin 10 faizinin də ödənişini tələb edir.

Barcelona, bu ödənişlərə görə təminatçı qismində Paris St-Germain klubunun təyin olunmasını da istəyir.

Paris St-Germain isə, ispan klubunun bəyanatından "təəccübləndiyini" bildirib.

Fransa klubu bəyanatında vurğulayıb kı, futbolçu Neymar ilə birlikdə qanun və qaydalara riayət edir və Barcelona klubunun məsələyə yanaşmasından "təəssüf hissi keçirir".

Barcelona klubunun iddiası Barselona şəhər əmək tribunalına avqustun 11-də göndərilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş