Bakıda təhsil almış Anqola prezidenti hakimiyyəti 38 ildən sonra tərk edir

Dos Santos casts his vote in 2017 ANgola elections Fotonun müəllifi AFP
Image caption Jose Eduardo dos Santos da seçkilərdə iştirak edib

Anqolalılar 38 il ərzində ilk dəfə Jose Eduardo dos Santosu əvəz edəcək yeni prezidentə səs verirlər.

Prezident dos Santos 1979-cu ildən etibarən neftlə zəngin Afrika ölkəsinin prezidenti olub.

Bakıda yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almış cənab Dos Santos bu seçkilərdə iştirak etməkdən imtina edib.

Onun MPLA partiyasını müdafiə naziri Joao Lourenco təmsil edir.

Onun əsas rəqibinin isə ölkənin 27 illik vətəndaş müharibəsində MLPA ilə mübarizə aparan Unita-nı təmsil edən İsias Samakuvadır.

Jose Eduardo dos Santos Bakıda təhsil alarkən Rusiyada doğulmuş Tatyana Kukanova ilə tanış olub və onunla evlənib.

Daha sonra Tatyana ilə boşanıb, lakin cütlüyün qızı İsabel dos Santos Afrikanın ən varlı qadını sayılır.

Image caption Seçicilər yeni prezidenti 6 namizədin arasından seçirlər
Fotonun müəllifi EPA
Image caption Gənclər deyir ki, işsizlik probleminin həlli mühümdür
Fotonun müəllifi AFP
Image caption Seçki kampaniyası böyük izdihamın iştirakı ilə keçib.

Əlaqəli mövzular

Bu barədə daha geniş