Siciliya portağalları paltara necə çevrilir

Oranges, fibre, cloth Fotonun müəllifi Orange Fiber
Image caption Portağal lifi sapa qatılaraq paltar sənayəsində istifadə olunur

Dəbdən tutmuş enerji sferasına qədər Siciliyanın ən məşhur sitrus bitkisi olan portağalın qabıq və toxumları getdikcə daha sağlam biznes təşəbbüslərində istifadə edilməkdədir.

Siciliyada bol, amma eyni zamanda çox israf olunan təbii ehtiyatlardan daha davamlı tekstil məmulatları hazırlamaq ideyası Adriana Santonocitonun ağlına Milanda dizayn üzrə təhsil alarkən gəlib.

Bu istiqamətdə onun üzləşdiyi ilk böyük çətinlik minlərlə ton portağal toxumlarından səmərəli şəkildə istifadə etmək idi.

Hazırda onun yaradıcı düşüncəsi sayəsində meyvə liflərindən müxtəlif növ tekstil məmulatlarının hazırlanması reallığa çevrilib.

Kimyəvi proses

Adriana Santonocitonun qarşısında belə bir sual dururdu. Sitrus meyvələri tullantılarından lüks ipək örpəklər hazırlana bilərmi?

Fotonun müəllifi Orange Fiber
Image caption Orange Fiber portağal tullantılarından sellyulozanı çıxarmaq üçün kimyəvi reagentlərdən istifadə edir.

39 yaşlı xanım bu suallara universitetin laboratoriyasında cavab tapdı və o, buna görə patent əldə edib.

Artıq bəllidir ki, selluloza portağal qabıqlarından çıxarıla bilir. Lakin xanım Santonocito müəyyən etdi ki, kimyəvi reaktivlərdən istifadə etməklə iplik əldə etmək mümkündür. Onun ardınca isə iplik boyanır və pambıq və sintetika kimi digər tekstillərlə qarışdırıla bilər.

Fotonun müəllifi Orange Fiber
Image caption Adriana və Enrica indi 12 nəfərdən ibarət komandaya rəhbərlik edirlər

Universitetdən olan həmkarı Enrika Arena ilə birlikdə o, 2014cü ildə Orange Fiber adlı firmanı yaradıb və geyim istehsalçılarına ipəyəbənzər materiallar satmağa başlayıb.

Bu il İtaliyanın məşhur dəb markası Salvatore Ferragamo bu materialdan öz yaz-yay kolleksiyasında istifadə edib və burda əsas məqsəd yüksək səviyyəli köynəkləri, paltarları və örpəkləri daha davamlı hala gətirmək olub.

Hazırda 12 nəfərlik komandadan ibarət olan Orange Fiber yerli şirə istehsalı zavodunda fəaliyətini davam etdirir, çünki burdan tullantı materiallarını havayı alır.

Fotonun müəllifi Orange Fiber
Image caption Orange Fiber şirəsi sıxılmış portağalların liflərindən istifadə edir

Bu biznes qismən mövsümi xarakter daşıyır, çünki şirə istehsaçılarının işlədiyi aylarda fəaliyyət göstərir. Portağal qabığı sellulozayaya çevrilən kimi növbəti istifadə üçün ehtiyat kimi salxanıla bilər.

Antonio Perdichizzinin sözlərinə görə, İtaliya innovasiyalara çox investisiya yatırmır, lakin parlaq ideyalar və bacarıqlar az resurslar olmasına baxmayaraq, üstün gələ bilib.

Lifə, hə - piyə, yox

Portağallar, həmçinin bişmiş yeməklərin daha sağlam, tər olmasına yardım edə bilər. Belə ki, yeni prosedur sayəsində un kalorisizləşdiriliə bilər. Yeni texnika hazırda Kataniya universitetində sınaqdan keçirilib nəticələr ürəkaçandır.

Hazırda bir çox yemək bişirənlər yağ və margarin kimi kalorili qida vasitələrindən istifadə edirlər.

Lakin son tədqiqatlara əsasən, bu kalorinin yarısı portağal qabığı, toxumu və şirə istehsalında istifadə edilməyən hissələrindənn əldə edilmiş unla əvəz edilməlidir. Orange Fiber kimi təqdiqatçılar da xam materialları yerli şirə istehsalçılarından əldə edirlər. Onlar qabıqları acı tamından arındırmaq üçün yuyub, sonra qurudurlar, ardınca isə emal edir və qalan məhsulu ağardırlar.

Fotonun müəllifi Orietta Scardino
Image caption Bu un suda həll olunur

Kataniya Universitetində kənd təsərrüfatı üzrə professor olan Savatore Barbagallo deyir ki, bu un çox davamlıdır və maya dəyəri də çox az başa gəlir.

Həmçinin, yeməyin nə dadına, nə də ətrinə heç bir təsiri olmur.

Tədqiqatçılar 300 kq un hazırlayıb və Kataniya yaxınlığındakı yerli aşpazlara yoxlamaq üçün veriblər.

Hətta yeməklərində yeni tərkib hissələrindən istifadə məsələsinə mühafizəkar yanaşan aşpazlar da nəticələrdən çox razı qaldılar və yeməklərində heç bir fərq olmadığını dedilər.

Tədqiqatçılar qeyd edir ki, bu unun başqa istifadə vasitələrini də tapıblar. Belə ki, o həll edilə bilir və sağlamlıq məqsədilə içkilərə qatıla bilər. Habelə, dietoloqlar tərəfindən və tibbdə də istifadəsi mümkündür.

Təbii yanacaq

Siciliya fermerləri portağal qabıqlarından həmişə həm heyvan qidası və gübrə kimi istifadə ediblər. Lakin portağalllar həm də qiymətli enerji mənbəyi kimi istifadə oluna bilər. Mussomeli adlı qədim şəhərdə portağal tullantılarından əmələ gələn məhsullardan biogas əldə etməklə elektrik enerjisinə çevrilə bilər.

Nuova Scala fermasında ötən il 24 min kWh elektrik enerjisini istehsal etmək üçün 16, 430 ton qabıqdan istifadə edib.

Hasilat istehsal edilən portağallarından miqdarından asılı olaraq dəyişir and firma 2017 ci ildə 2 min ton portağal tullantısı əldə etməyi plandırırır.

Əlbəttə, bütün bu layihələr yerli meyvə şirkətlərindən asılıdır.

Fotonun müəllifi Orietta Scardino
Image caption Portağaldan müxtəlif faydalı məqsədlər üçün istifadə etmək mümkündür.

AgrumiGel istehsalçısının sahibi Salvatore İmbesi (Salvatore Imbesi) deyir ki, citrus meyvələrinin qabığı, tumu və digər yeməli olmayan hissələrinə "pastatso" ("pastazzo") deyirlər. Və o, ildə 40 min ton "pastatso" ("pastazzo") istehsal edir

Onun sözlərinə görə, bütöv Siciliyada 200 min tona yaxın pastatso istehsal olunur, kərçənd qeyri-rəsmi rəqəmlərə görə, bu göstəricilər daha da artıq ola bilər.

İstehsalçılar "pastazzo"-nu yenidən istifadə etməyə meyllidirlər, çünki onun zibill kimi (tullantı kimi) məhv edilməsi baha ola bilər. Cənab İmbesi deyir ki, Siciliyada citrus tullantılarının məhv edilməsi ildə 16 milyon avroya başa gələ bilər, "bunun 6 milyonu nəqliyyat, 10 milyonu isə məhv etmə prosesinin özünə gedən xərcdir".

"Qanlı portağal" adı ilə tanınan içi qırmızı portagal daxil, Siciliya meyvələrində bəziləri tər meyvə kimi satılır, digərlərindən isə meyvə şirəsi (suyu) düzəldirlər.

2016-cı ildə meyvə şirələrinin istehsalı üçün 140 min limon, 100 min ton "qanlı" portağal, 20 min ton yaşıl mandarin, və 20 min ton yetişmiş mandarin istifadə edilmişdi.

Və nəhayət, yeni texnologiyalar sayəsində şirəsi sıxılmış meyvə bahalı tullantıdan maraqlı məhsullara çevrilir.

Əlaqəli mövzular